Yol polisi bayram günləri gücləndirilmiş rejimdə işlədi - Qəzalar azaldı - VİDEO

Bayram günlərində ölkə ərazisində qeydə alınan yol-nəqliyyat hadisələrinin statistikası açıqlanıb. Qəzalarda ölən və yaralananların sayı ötən ilin müvafiq dövrü ilə müqayisədə dəfələrlə azalıb. Baş Dövlət Yol Polis İdarəsi bayram tətilindən qayıdan sürücülərə də müraciət edib. Baş Dövlət Yol Polisi İdarəsinin şöbə rəisi Kamran Əliyev Avtosfer.az-a bildirib ki, bayram günləri respublika əhəmiyyətli yollarda baş verən 25 qəzada 6 nəfər ölüb, 32 nəfər xəsarət alıb. Ötən ilin müvafiq dövrü ilə müqayisədə bu il qəzalarda ölüm faktı 13 dəfə azalıb.
Kamran Əliyev onu da bildirdi ki, bayram günlərində baş verən qəzaların çoxu piyada vurulması ilə bağlıdır. Belə ki, 25 yol-nəqliyyat hadisəsindən 14-də piyada vurulub. Nəticədə 4 piyada ölüb, 14-ü yaralanıb. Bakıda baş vermiş 4 qəzada 1 nəfər ölüb, 3 nəfər xəsarət alıb. Rayonlarda isə 14 qəzada 4 ölüm, 23 xəsarət faktı qeydə alınıb. Qəzalardan 4-ü toqquşma, 2-si ötmə-manevr qaydasının pozulması, 5-i isə avtomobilin aşması nəticəsində qeydə alınıb.
Baş Dövlət Yol Polisi İdarəsinin əməkdaşları bu günlərdə təhlükəsizliyi təmin etmək üçün mütəmadi reydlər də keçirib.
DYP tətildən qayıdan sürücülərə də müraciət edib. Yola çıxmazdan əvvəl mütləq normal yuxu almaq və səhər saatlarından yola çıxamq tövsiyyə edilir.
Özünü və yaxınlarını düşünənlər məsləhətlərə əməl etməlidir.
Şəmkirdə 5 nəfərin öldüyü QƏZA: Rövşən Tağıyev sürücülərə səsləndi
Azərbaycanlı uşaqlar Qazaxıstanda yol hərəkəti ilə bağlı biliklərini nümayiş etdirir - FOTO
Yol polisi qayda pozan piyadaların qorxunc görüntülərini YAYDI - ANBAAN VİDEO
Təhlükəli manevrdən çəkinin: Həyatınızı riskə atmayın - DYP-dən XƏBƏRDARLIQ - VİDEO
DYP piyadalara müraciət ETDİ
DYP uşaqlarla bağlı hərəkət iştirakçılarına MÜRACİƏT ETDİ
Əlverişsiz hava şəraitinə görə sürücülərə və piyadalara XƏBƏRDARLIQ
DYP velosipedçilərə müraciət etdi - Qəfil manevr və telefon olmaz
Yol polisi moto sürücülərinə qarşı reyd keçirdi: 30-u CƏRİMƏLƏNDİ - VİDEO
Ara məsafəsini DÜZGÜN SEÇİN! - Yol polisindən XƏBƏRDARLIQ
Səbaildə yol polisi piyadalara qarşı reyd keçirdi – VİDEO










