Yol polisi bayramla əlaqədar xəbərdarlıq etdi - Bayramda da cərimə olacaq

Azərbaycan yol polisi Novruz bayramı ilə bağlı sürücü və piyadaları yollarda diqqətli olmağa çağırıb. Daxili İşlər Nazirliyi Respublika Baş Dövlət Yol Polisi İdarəsinin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polis polkovniki Kamran Əliyev milli.az-a bildirib ki, bayram günləri ilə əlaqədar paytaxtdan ölkənin bölgələrinə, eləcə də rayonlardan Bakıya çoxsaylı insan axının baş verməsi gözlənilir:

"Bu isə o deməkdir ki, yollarda nəqliyyatın hərəkətinin intensivliyi müşahidə olunacaq. Ona görə də sürücülərdən bu günlərdə, xüsusilə bayramın gözəl əhval-ruhiyyədə keçməsi üçün uzaq yola, səfərə çıxarkən yol hərəkəti qaydalarına ciddi əməl etmələri, yollarda müəyyən edilmiş sürət həddini aşmamaları xahiş olunur".

Şöbə rəisi piyadalara da müraciət ünvanlayıb: "İnsanlar paytaxtda, xüsusilə də bölgələrdə Novruz bayramı ilə əlaqədar keçiriləcək tədbirlərə gedərkən və ya tədbirdə olarkən yolun hərəkət hissəsinə çıxanda diqqətli olmalı, yolu haradan və necə gəldi keçməməlidirlər. Onlar piyadalar üçün müəyyən olunmuş xüsusi yerlərdən, yeraltı, eləcə də nizamlanan və nizamlanmayan yerüstü piyada keçidlərindən istifadə etməli, habelə bu günlərdə yol kənarında oynayan uşaqları da nəzarətsiz buraxmamalıdırlar".

BDYPİ sözçüsü xəbərdarlıq edib ki, bayram günləri olmasına baxmayaraq, bu ərəfələrdə yol hərəkəti qaydalarını pozanlar kimliyindən asılı olmayaraq qanunvericiliyin tələbinə uyğun cəzalandırılacaqlar.
K.Əliyev bildirib ki, yol polisi bayram və istirahət günlərində istər paytaxtda, istərsə də ayrı-ayrı rayonlarda, eləcə də rayonlararası yollarda xidmətini gücləndirilmiş iş rejimində davam etdirəcək.

Qeyd edək ki, daxili işlər naziri, general-polkovnik Ramil Usubovun müvafiq əmrinə əsasən, respublikada keçiriləcək Novruz bayramı şənlikləri zamanı ictimai asayişin, qanunçuluğun və hüquq qaydasının qorunmasının, xidməti vəzifələrin yüksək səviyyədə və daha mütəşəkkil icrasının təmin edilməsi məqsədi ilə mart ayının 19-dan 28-dək DİN-in bilavasitə tabe qurumlarının, ərazi polis orqanlarının və nizami polis hissələrinin şəxsi heyəti gücləndirilmiş iş variantına keçiriləcək.
Əmrdə, həmçinin bildirilir ki, bayram ərəfəsi və bayram günlərində ictimai yerlərdə və küçələrdə post patrul naryadlarının sıxlığı artırılacaq, həyat təminatlı mühüm əhəmiyyətli obyektlərin, o cümlədən xarici ölkələrin diplomatik nümayəndəliklərinin mühafizəsi ciddi nəzarətdə saxlanacaq.
Xatırladaq ki, Novruz bayramı ilə əlaqədar Azərbaycanda martın 20-dən 27-dək qeyri-iş günləri olacaq.
Bir gündə 3 piyada həyatını itirdi - DYP-dən ÇAĞIRIŞ! - FOTO
Vilayət Eyvazov vətəndaş qəbulu və sıra baxışı keçirdi - 461 nəfər seçildi - VİDEO
Yol polisinin süni intellektli radarı: 3 zolaq, 100-dən çox avtomobil – VİDEO
Yol polisi istirahətdən qayıdan sürücülərə XƏBƏRDARLIQ EDİB - VİDEO
Vilayət Eyvazovun qəbuluna yazılanların DİQQƏTİNƏ!
Rayonlara səfər edən sürücülərə DYP-dən xəbərdarlıq
Yol polisindən sürücü və piyadalara ÇAĞIRIŞ
Ağdaşda maşın 62 yaşlı kişinin üzərindən keçdi - VİDEO
Polis Akademiyasının kursantlarından Zəfər Gününə həsr olunmuş fləşmob - VİDEO
Daxili Qoşunların Hərbi İnstitutunda “Zəfər tarixi” adlı elmi-nəzəri konfrans keçirildi - FOTOLAR - VİDEO
Noyabrın 9-u bu yollar BAĞLANACAQ












