Yol polisi bunu edən sürücüləri - ALQIŞLAYIR

“Spirtli içkinin təsiri altında avtomobil idarə edənlərin sayı azalıb”. Bunu Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polkovnik Vaqif Əsədov bildirib. Onun sözlərinə görə, “Ayıq sürücü” xidmətindən istifadə edən sürücülərin sayı çoxalıb: “Bununla bağlı tərtib edilmiş protokolların sayına nəzər saldığımız zaman, içkili halda avtomobil sükanı arxasında əyləşən sürücülərin sayında azalmanın olduğunu görürük. Bu, yaxşı haldır. Bayram günlərində spirtli içki qəbul edən sürücülərin sayının artacağını deyə bilmərəm. Bu günə qədər görülən tədbir və əldə olunan nəticələr onu deməyə əsas verir ki, bütün sahələr üzrə müsbətə doğru azalmalar var. Bu da DYP əməkdaşlarının məqsədli və vaxtında keçirdikləri tədbirlərin nəticəsidir.
Sürücülərə məsləhətim ondan ibarətdir ki, diqqətli olsunlar. Öz təhlükəsizliklərini qorumaq və başqalarının həyatını riskə atmamaq üçün yol boyu qoyulan tələbləri düzgün yerinə yetirsinlər. Bu tələblərin yerinə yetirilməsi yol hərəkətində mədəniyyətin yüksəlməsi, təhülkəsizliyin təmin edilməsidir”.
metbuat.az
Bir gündə 3 piyada həyatını itirdi - DYP-dən ÇAĞIRIŞ! - FOTO
Vilayət Eyvazov vətəndaş qəbulu və sıra baxışı keçirdi - 461 nəfər seçildi - VİDEO
Yol polisinin süni intellektli radarı: 3 zolaq, 100-dən çox avtomobil – VİDEO
Yol polisi istirahətdən qayıdan sürücülərə XƏBƏRDARLIQ EDİB - VİDEO
Vilayət Eyvazovun qəbuluna yazılanların DİQQƏTİNƏ!
Rayonlara səfər edən sürücülərə DYP-dən xəbərdarlıq
Yol polisindən sürücü və piyadalara ÇAĞIRIŞ
Ağdaşda maşın 62 yaşlı kişinin üzərindən keçdi - VİDEO
Polis Akademiyasının kursantlarından Zəfər Gününə həsr olunmuş fləşmob - VİDEO
Daxili Qoşunların Hərbi İnstitutunda “Zəfər tarixi” adlı elmi-nəzəri konfrans keçirildi - FOTOLAR - VİDEO
Noyabrın 9-u bu yollar BAĞLANACAQ












