Yol polisi cəriməni ödəməyən sürücüləri yeni cihazla tutacaq - Bakıda

Azərbaycanda sürücülərin əksəriyyəti barələrində tərtib olunmuş protokollar üzrə cərimələri vaxtında ödəmir. Aparılan ilkin araşdırmalar zamanı məlum olub ki, indiyədək ödənilməyən cərimələrin miqdarı 50 milyon manata çatıb. Son illər sürücülər cərimələri ödəməkdən daha çox yayınırlar. Dövlət Yol Polisi bunu nəzərə alaraq cərimələri vaxtında ödəməyən sürücülərə qarşı sərt addım atıb. Avtosfer.az xəbər verir ki, artıq Azərbaycana yeni xüsusi cihaz gətirilib. Bu cihaz xüsusi avtomobildə quraşdırılır və yaxınlıqdan keçən avtomobillərin nömrə nişanının dərhal oxuyur. Nəticədə avtomobilə aid ödənilməmiş cərimələrin olub-olmadığı dərhal üzə çıxır.
Avtosfer.az-ın əldə etdiyi məlumata görə, DYP bu cihazı yaxın günlərdə işə salacaq. Artıq sınaq tədbirləri görülür. İlk olaraq bu cihazlardan Bakıda istifadə edilməsi nəzərdə tutulub. Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin bölmə rəisi, polkovnik Vaqif Əsədov Avtosfer.az-a açıqlamasında belə bir cihazın alınıb ölkəyə gətirildiyini təsdiq edib: “Bu cihaz müasir cihazdır və cəriməsi olan nəqliyyat vasitələrini dərhal qeydə alır. Dövlət Yol Polisi İdarəsi olaraq sürücülərə və avtomobil sahiblərinə müraciət və xəbərdarlıq edirik ki, cərimələri və faizləri vaxtında ödəsinlər. Əks halda həmin cihaz vasitəsilə aşkar olunan avtomobillər saxlanılacaq və cərimə meydançasına aparılacaq. Qanunvericilikdə də qeyd olunur ki, cərimə bir ay ərzində ödənmədikdə üzərinə faiz gəlir. İki ay ərzində ödənməsə avtomobilin saxlanılması barədə qərar çıxarılır. Üç ay ərzində ödənilmədikdə isə avtomobil cərimə meydançasına aparılmaqla yanaşı, həmin xətanı törətmiş şəxsin sürücülük hüququ 6 ay müddətinə məhdudlaşdırılır. Dövlət yol polisi də qanunun tələblərinə uyğun olaraq və yeni xüsusi cihazın köməyi ilə cərimələrin ödənməsini təmin etməyə çalışacaq. Yaxın günlərdə həmin cihazdan istifadə edəcəyik”.
Elməddin
Bir gündə 3 piyada həyatını itirdi - DYP-dən ÇAĞIRIŞ! - FOTO
Vilayət Eyvazov vətəndaş qəbulu və sıra baxışı keçirdi - 461 nəfər seçildi - VİDEO
Yol polisinin süni intellektli radarı: 3 zolaq, 100-dən çox avtomobil – VİDEO
Yol polisi istirahətdən qayıdan sürücülərə XƏBƏRDARLIQ EDİB - VİDEO
Vilayət Eyvazovun qəbuluna yazılanların DİQQƏTİNƏ!
Rayonlara səfər edən sürücülərə DYP-dən xəbərdarlıq
Yol polisindən sürücü və piyadalara ÇAĞIRIŞ
Ağdaşda maşın 62 yaşlı kişinin üzərindən keçdi - VİDEO
Polis Akademiyasının kursantlarından Zəfər Gününə həsr olunmuş fləşmob - VİDEO
Daxili Qoşunların Hərbi İnstitutunda “Zəfər tarixi” adlı elmi-nəzəri konfrans keçirildi - FOTOLAR - VİDEO
Noyabrın 9-u bu yollar BAĞLANACAQ












