Yol polisi çimərliyə gedən yollarda reydlərə başlayıb

Dövlət yol polisi çimərlik və istirahət zonalarına gedən yollarda yay reydlərinə başlayıb. Avtosfer.az 1news.az-a istinadən xəbər verir ki, Daxili İşlər Nazirliyinin Baş Yol Polis İdarəsinin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi polkovnik Kamran Əliyev reydlərin yay mövsümünün sonuna qədər davam edəcəyini bildirib. “Yayın və məzuniyyət mövsümünün başlanması ilə əlaqədar öz avtomobillərində çimərlik və istirahət mərkəzlərinə yollanan sürücülərin sayı artıb. Onlar tez-tez yol hərəkəti qaydalarını pozurlar, bu səbəbdən də çimərlik və istirahət zonalarına gedən yollarda, eləcə də Bakının giriş və çıxışlarında reydlər davam edəcək, yollarda nəzarət artacaq”, - Kamran Əliyev deyib. Reydlər zamanı, əsasən, sükan arxasına sərxoş halda oturan, sürəti artıran, yol hərəkəti qaydalarını pozan sürücülər aşkar ediləcək.
Şənbə və bazar günlərində bu reydlər gücləndirilmiş rejimdə aparılacaq. Respublikanın turistik regionlarında – Şamaxı, İsmayıllı, Quba, Qusar, Qazax, Qəbələ, Xaçmaz, Zaqatala və digər rayonlarda da nəzarət gücləndiriləcək.
Bir gündə 3 piyada həyatını itirdi - DYP-dən ÇAĞIRIŞ! - FOTO
Vilayət Eyvazov vətəndaş qəbulu və sıra baxışı keçirdi - 461 nəfər seçildi - VİDEO
Yol polisinin süni intellektli radarı: 3 zolaq, 100-dən çox avtomobil – VİDEO
Yol polisi istirahətdən qayıdan sürücülərə XƏBƏRDARLIQ EDİB - VİDEO
Vilayət Eyvazovun qəbuluna yazılanların DİQQƏTİNƏ!
Rayonlara səfər edən sürücülərə DYP-dən xəbərdarlıq
Yol polisindən sürücü və piyadalara ÇAĞIRIŞ
Ağdaşda maşın 62 yaşlı kişinin üzərindən keçdi - VİDEO
Polis Akademiyasının kursantlarından Zəfər Gününə həsr olunmuş fləşmob - VİDEO
Daxili Qoşunların Hərbi İnstitutunda “Zəfər tarixi” adlı elmi-nəzəri konfrans keçirildi - FOTOLAR - VİDEO
Noyabrın 9-u bu yollar BAĞLANACAQ












