Banner

Yol polisi ekoloji reyd keçirdi; ətraf mühitə zərər vuran sürücülər cərimələndi - VİDEO

Yol polisi 17 Noyabr 2025 19:39 Oxunub 1638
Yol polisi ekoloji reyd keçirdi; ətraf mühitə zərər vuran sürücülər cərimələndi - VİDEO
WhatsApp kanalımıza abunə ola bilərsiniz

Bakı şəhər Dövlət Yol Polisi İdarəsinin əməkdaşları «Təmiz hava» aylığı ilə bağlı maarifləndirmə tədbirlərini davam etdirir. 

Avtosfer.az xəbər verir ki, Ekologiya və Təbii Sərvətlər Nazirliyi ilə birgə həyata keçirilən tədbirin əsas məqsədi atmosfer havasının avtonəqliyyat vasitələrinin ixrac qazlarının tərkibində olan zərərli maddələrlə çirkləndirilməsi hallarının qarşısının alınmasıdır.

Tədbir zamanı saxlanılan sürücülərə istifadələrində olan avtomobillərin yanacaq sistemini saz vəziyyətdə saxlamaq, ixrac qazlarının tərkibinin normalara uyğunlaşdırılmasını təmin etmək tövsiyə olunub.

Bakı şəhər Dövlət Yol Polisi İdarəsinin bölmə rəisi, polis mayoru Toğrul Nəsili müsahibəsində bildirib ki, avtomobildən atılan zərərli maddələrin ətraf mühitə və insan sağlamlığına vurduğu ziyanın qarşısının alınması istiqamətində görülən tədbirlər davamlı olaaq həyata keçirilir:

“Bakı şəhər Dövlət Yol Polisi İdarəsi və Ekologiya və Təbii Sərvətlər Nazirliyinin əməkdaşları ilə birlikdə “Təmiz hava aylığı” ilə əlaqədar olaraq tədbir keçirildi. Tədbir zamanı avtonəqliyyat vasitələrinin texniki sazlığının vacibliyi ilə bağlı sürücülər və sahibkarlarla mütəxəssislərin iştirakı ilə maarifləndirici söhbətlər aparıldı. Lakin diqqətə çatdırım ki, həyata keçirilən təbliğat və təşviqat işlərinin intensivliyinə baxmayaraq, yenə də avtomobil yollarında mühərriyi nasaz olan nəqliyyat vasitələri var. bütün bunları nəzərə alaraq, sürücülərdən, eləcə də sərnişin və yükdaşıma ilə məşğul olan fərdi və hüquqi şəxslərdən istifadələrində olan nəqliyyat vasitələrini saz vəziyyətdə istismar etmələrini xahiş edirik”.

Atmosferə buraxılan zərərli qazlarının miqdarı normadan artıq olan avtomobillərin sürücüləri barəsində İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsinə uyğun olaraq protokol tərtib olunub.

Səfər

 

ŞƏRH YAZ
Ad

E-mail

Şərh