Yol polisi faciənin qarşısını aldı - Avtobus sürücüsü sərxoş tutuldu - VİDEO

Sürücü məsuliyyətsizliyinin gətirdiyi bəlalardan kifayət qədər söz açmışıq. Ancaq görünən odur ki, nəticə çıxarmayanlar, başqasının həyatını heçə sayanlar hələ də var. Sumqayıt şəhər Dövlət Yol Polisi Şöbəsinin əməkdaşları belə sürücülərdən birini saxlayıblar. Onun sərxoş vəziyyətdə mikroavtobus idarə etdiyi məlum olub.
Bakı-Sumqayıt marşrutu ilə hərəkət edən mikroavtobus dövlət yol polisi əməkdaşları tərəfindən sürət həddini aşdığına görə saxlanılıb. Məlum olub ki, içərisində 11 sərnişin olan avtobusun sürücüsü 41 yaşlı Rövşən Əliyev spirtli içki qəbul edib.
Sürücü Rövşən Əliyev iki şüşə pivə qəbul etdiyini etiraf etsə də, sərxoş olmadığını idda edib: “İki bakal pivə ilə nə olur? Çox olur bəyəm? Mən axşamdan 2 butulka içmişəm”.
Sərxoş vəziyyətdə sərnişin daşıma ilə məşğul olan sürücüyə qarşı qanunun tələblərinə uyğun olaraq müvafiq tədbirlər görüləcək.
Xatırladaq ki, mart ayında eyni marşrutla hərəkət edən “Ford” tranzit markalı avtobus sürücüsünün sürət həddini aşması və ötmə əməliyyatını düzgün həyata keçirməməsi nəticəsində 6 nəfər dünyasını dəyişib.
ARB
Bir gündə 3 piyada həyatını itirdi - DYP-dən ÇAĞIRIŞ! - FOTO
Vilayət Eyvazov vətəndaş qəbulu və sıra baxışı keçirdi - 461 nəfər seçildi - VİDEO
Yol polisinin süni intellektli radarı: 3 zolaq, 100-dən çox avtomobil – VİDEO
Yol polisi istirahətdən qayıdan sürücülərə XƏBƏRDARLIQ EDİB - VİDEO
Vilayət Eyvazovun qəbuluna yazılanların DİQQƏTİNƏ!
Rayonlara səfər edən sürücülərə DYP-dən xəbərdarlıq
Yol polisindən sürücü və piyadalara ÇAĞIRIŞ
Ağdaşda maşın 62 yaşlı kişinin üzərindən keçdi - VİDEO
Polis Akademiyasının kursantlarından Zəfər Gününə həsr olunmuş fləşmob - VİDEO
Daxili Qoşunların Hərbi İnstitutunda “Zəfər tarixi” adlı elmi-nəzəri konfrans keçirildi - FOTOLAR - VİDEO
Noyabrın 9-u bu yollar BAĞLANACAQ













