Yol polisi gecələr belə sürücülərə qarşı hərəkətə keçdi - VİDEO

Gecə saatlarında sərnişin daşınması qadağan olsa da, yollarda hələ də təhlükəyə göz yuman sürücülərə rast gəlmək mümkündür. Hələ bu azmış kimi avtobus sürücüləri arasında yol polisinin "saxla” işarəsinə tabe olmayanlar da var...
Avtosferr.az-ın məlumatına görə, baş verə biləcək yol nəqliyyat hadisələrinin qarşısını almaq, eləcə də qanunsuz sərnişin daşıma hallarına son qoymaq məqsədi ilə Baş Dövlət Yol Polis idarəsinin əməkdaşları və Dövlət Avtomobil Nəqliyyat Xidmətinin müffətişləri Goranboyda reyd keçirib. Yoxlamalar zamanı bəzi avtobus sürücüləri özlərini və sərnişinlərin həyatını təhlükəyə ataraq aradan çıxmağa çalışıblar. Gecə saatlarında keçirilən reyd zamanı iri tutumlu avtobusla Bakı istiqamətinə sərnişin daşıyan, nəqliyyat vasitəsinin texniki sazlığına nəzər yetirməyən, hətta sükan arxasında sənədsiz əyləşən sürücülər də aşkarlanıb. Yol verilən qayda pozuntularına görə sürücülər cərimələnib.
Reyd zamanı gecə yola çıxan sürücülərə avtobusları təhlükəsiz bir yerdə saxlayaraq saat 24:00-dan səhər saat 05:00-dək istirahət etmələri tövsiyə edilib.
Birgə reydlər qarşıdakı günlərdə də davam edəcək.
Bir gündə 3 piyada həyatını itirdi - DYP-dən ÇAĞIRIŞ! - FOTO
Vilayət Eyvazov vətəndaş qəbulu və sıra baxışı keçirdi - 461 nəfər seçildi - VİDEO
Yol polisinin süni intellektli radarı: 3 zolaq, 100-dən çox avtomobil – VİDEO
Yol polisi istirahətdən qayıdan sürücülərə XƏBƏRDARLIQ EDİB - VİDEO
Vilayət Eyvazovun qəbuluna yazılanların DİQQƏTİNƏ!
Rayonlara səfər edən sürücülərə DYP-dən xəbərdarlıq
Yol polisindən sürücü və piyadalara ÇAĞIRIŞ
Ağdaşda maşın 62 yaşlı kişinin üzərindən keçdi - VİDEO
Polis Akademiyasının kursantlarından Zəfər Gününə həsr olunmuş fləşmob - VİDEO
Daxili Qoşunların Hərbi İnstitutunda “Zəfər tarixi” adlı elmi-nəzəri konfrans keçirildi - FOTOLAR - VİDEO
Noyabrın 9-u bu yollar BAĞLANACAQ












