Yol polisi Goranboyda reyd keçirdi: 12 sürücü cərimələndi - VİDEO

Yol polisi 10 İyun 2024 20:12 Oxunub 450
Yol polisi Goranboyda reyd keçirdi:  12 sürücü cərimələndi - VİDEO
WhatsApp kanalımıza abunə ola bilərsiniz

Goranboy Rayon Polis Şöbəsinin Dövlət Yol Polisi Bölməsinin əməkdaşları tərəfindən rayon ərazisində nəqliyyatın sıx olduğu yerlərdə profilaktiki tədbirlər həyata keçirilib.

Avtosfer.az xəbər verir ki, bu cür tədbirlərin keçirilməsində məqsəd avtomobillərin ixrac qazlarının tərkibində olan zərərli maddələrin atmosferi çirkləndirməsinin qarşısını almaqdır. Polis əməkdaşları sürücülərin bir daha diqqətinə çatdırıblar ki, istifadələrində olan avtomobillərin yanacaq sistemini tənzimləməklə onları saz vəziyyətdə saxlamaq lazımdır. Eləcə də ixrac qazlarının tərkibinin normalara uyğunlaşdırılmasını təmin etdikdən sonra avtomobilin istismarına yol verməlidirlər. Araşdırmalar zamanı 12 nəfər sürücü inzibati məsuliyyətə cəlb edilib.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh