Yol polisi İdarəsindən avtobus qəzaları ilə bağlı fiziki şəxslərə təkrar müraciət

Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsi respublika ərazisində sərnişindaşıma fəaliyyəti ilə məşğul olan hüquqi və fiziki şəxslərə təkrar müraciət ünvanlayıb. İdarədən Avtosfer.az-a verilən məlumata görə, yay mövsümü ilə əlaqədar ayrı-ayrı regionlara səyahətə çıxan vətəndaşların, eləcə də ölkəmizə istirahətə gələn xarici turistlərin sayı artdığından yollarda nəqliyyatın hərəkət intensivliyi də yüksəlib. Səfərə çıxanlar fərdi minik avtomobilləri ilə yanaşı marşrut avtobuslarından, bəzi hallar da isə qeyri-müntəzəm şəkildə sərnişindaşıma fəaliyyəti ilə məşğul olan hüquqi və fiziki şəxslərə məxsus olan avtobus və mikroavtobuslardan istifadə edirlər. Lakin qeyri-müntəzəm şəkildə təşkil edilmiş daşımalar zamanı nəqliyyat vasitələrinin texniki vəziyyətinə, sürücülərin reysqabağı tibbi müayinəsinə, onların iş rejiminə riayət etmələrinə nəzarət olunmur, nəqliyyat vasitəsinin texniki xarakteristikasının keçdiyi ərazinin relyefinə uyğun olub-olmamasına diqqət yetirilmir ki, bu da yollarda, xüsusilə dağlıq ərazilərdə yol-nəqliyyat hadisələrinin baş vermə ehtimalını artırır.
Baş verə biləcək ağır qəzaların qarşısının alınması və təhlükəsizliyin təmin olunması məqsədi ilə Daxili İşlər Nazirliyinin Baş DYP İdarəsi qeyri-müntəzəm şəkildə sərnişin daşımalarının müasir, təhlükəsizlik elemetləri ilə təchiz olunmuş xüsusi avtobuslara malik olan turizm, yaxud sifarişli sərnişin daşıma xidmətləri göstərən şirkətlər vasitəsi ilə həyata keçirilməsinə üstünlük verilməsini məqsədəmüvafiq hesab edir, belə xidmətlər ayrı-ayrı şəxslər tərəfindən təklif edildikdə isə onların müşayiət olunması və daşımalarda istifadə olunacaq nəqliyyat vasitəsinin seçilmiş marşrutlara uyğunluğu barədə məlumat əldə edilməsi üçün Baş DYP İdarəsinin 902 qaynar-xətt telefonuna müraciət olunmasını və ya BDYPİ-nin elektron poçtuna yazılı müraciət göndərilməsini tövsiyə edir.
Elmin
DYP-dən həftəsonu yollarda təhlükəsizliklə bağlı sürücülərə ÇAĞIRIŞ
Nərimanovda “Təmiz hava” aylığı; 8 sürücü CƏRİMƏLƏNDİ - VİDEO
Vilayət Eyvazov Şəkidə vətəndaş qəbulu keçirdi - FOTO - VİDEO
Yol polisi məktəblərdə uşaqlara qaydaları belə öyrədir - FOTOLAR
"Yollarda qəfil manevrlər ETMƏYİN!" - DYP-dən XƏBƏRDARLIQ
DYP nasaz avtomobillərlə bağlı sürücülərə müraciət etdi - VİDEO
Abşeronda ekoloji yoxlama; qayda pozan sürücülər CƏRİMƏLƏNDİ - VİDEO
Sürücülərin nəzərinə! - Bunu edənlər 800 manat CƏRİMƏLƏNƏCƏK
Siyəzəndə uşaqların yol təhlükəsizliyi ilə bağlı maarifləndirici tədbir keçirilib - FOTO - VİDEO
DYP hava şəraiti ilə bağlı hərəkət iştirakçılarına MÜRACİƏT ETDİ
Gəncədə məktəblilərlə maarifləndirici görüş keçirilib - VİDEO












