Yol polisi ilə Qarabağ əlili əlbəyaxa oldu - VİDEO

Bu gün səhər saat 9:00-da «20 Yanvar» metrostansiyasının yaxınlığında taksi sürücüləri ilə DYP əməkdaşları arasında insident olub. Hadisə yerində olan ölkə.az-ın əməkdaşı bildirir ki, 99 YP 334 nömrəli DYP maşınından düşən polis əməkdaşı taksi sürücüsünə maşını ərazidən götürməyi tələb edib. Bu zaman taksi sürücüsü ilə polis arasında insident yaranıb. DYP əməkdaşı taksi sürücüsündən maşının açarını tələb edib, sürücü isə maşının açarını verməyəcəyini bildirib.
Əməkdaşımızın çəkdiyi videodan da aydın görünür ki, öz maşınına minmək istəyən taksi sürücüsünü polis əməkdaşı əli ilə itələyir. Bu zaman taxi sürücüsü Qarabağ əlili olduğunu bildirir. Buna cavab olaraq DYP əməkdaşı "Qarabağ əlilliyini əlinizdə bayraq etmisiniz" deyib, yenidən taksi sürücüsünü itələyir. Polislə vətəndaşı hadisə yerində olan insanlar sakitləşdirməyə cəhd göstərirlər, ancaq polis əməkdaşı sakitləşmək bilmir.
Hadisə yerinə digər DYP əməkdaşları gəldikdən sonra hər iki şəxsi sakitləşdirmək mümkün olur. Ad və soyadını deməyən DYP işçisi isə taksi sürücüsünü hədələməkdə, DYP əməkdaşının sözünə əməl etməməyin nə olduğunu ona göstərəcəyini deməkdə davam edir. Sonradan hadisənin telefonla çəkildiyini görən DYP əməkdaşı telefonu əməkdaşımızın əlindən almağa çalışır. Telefonu ala bilmədikdən sonra isə "aparıb evdəkilərə göstərərsiniz", deyə ondan uzaqlaşır.
Bir gündə 3 piyada həyatını itirdi - DYP-dən ÇAĞIRIŞ! - FOTO
Vilayət Eyvazov vətəndaş qəbulu və sıra baxışı keçirdi - 461 nəfər seçildi - VİDEO
Yol polisinin süni intellektli radarı: 3 zolaq, 100-dən çox avtomobil – VİDEO
Yol polisi istirahətdən qayıdan sürücülərə XƏBƏRDARLIQ EDİB - VİDEO
Vilayət Eyvazovun qəbuluna yazılanların DİQQƏTİNƏ!
Rayonlara səfər edən sürücülərə DYP-dən xəbərdarlıq
Yol polisindən sürücü və piyadalara ÇAĞIRIŞ
Ağdaşda maşın 62 yaşlı kişinin üzərindən keçdi - VİDEO
Polis Akademiyasının kursantlarından Zəfər Gününə həsr olunmuş fləşmob - VİDEO
Daxili Qoşunların Hərbi İnstitutunda “Zəfər tarixi” adlı elmi-nəzəri konfrans keçirildi - FOTOLAR - VİDEO
Noyabrın 9-u bu yollar BAĞLANACAQ













