Yol polisi "İnşaatçılar" metrosunun ətrafını "təmizlədi" - VİDEO

Bakı şəhər Baş Polis İdarəsi Dövlət Yol Polisi İdarəsinin əməkdaşları aprelin 22-da paytaxtda dayanma-durma və ya parklanma qaydalarını pozan sürücülərə qarşı reyd keçirib. “İnşaatçılar” metro stansiyası ətrafında keçirilən reyd həmin ərazidə küçə və yollar boyunca dayanacaqlarda avtomobillərini saxlayan və qeyri-qanuni taksi fəaliyyəti ilə məşğul olan sürücülərə qarşı, eləcə də avtobus sürücüləri arasında nizam-intizamın yaradılması məqsədi ilə təşkil olunub.
Qanunsuz dayanan sürücülərə protokollar tərtib olunub , sürücüsüz maşınlar isə evakuator vasitəsilə təxliyyə olunub. Dövlət Yol Polisi İdarəsinin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polis polkovniki Vaqif Əsədov deyir ki, Bakının mərkəzi küçələri ilə hərəkət edərkən dayanma, durma, parklanma qaydaları pozulduğu üçün süni sıxlıq və tıxaclar yaranır: “Gün ərzində 600-dən artıq protokol tərtib edilir. Eyni zamanda 100-ə yaxın avtomobil evakuator avtomobilləri ilə müvəqqəti mühafizə olunan dayanacaqlara daşınır. Əlbəttə ki müsbət nəticələrimiz, müsbət göstərəcilərimiz var. Hesab edirik ki, bu istiqamətdə yetərincə təbliğat xarakterli tədbirlərin aparılması sözsüz ki, müsbət nəticələr əldə etməyimizə imkan verəcək”.
Bu dəfəki reyddə ADA Universitetinin tələbələri də iştirak edib, polis əməkdaşlarına yardım ediblər. Xatırladaq ki, dayanma-durma qaydalarını pozduğuna görə, qanunvericilikdə 20 azn cərimə nəzərdə tutulub. Bu məbləğin artırılması da təklif olunur. Dayanma-durma və parklama qaydaları ilə bağlı reydlər mayın sonuna kimi davam edəcək.
Bir gündə 3 piyada həyatını itirdi - DYP-dən ÇAĞIRIŞ! - FOTO
Vilayət Eyvazov vətəndaş qəbulu və sıra baxışı keçirdi - 461 nəfər seçildi - VİDEO
Yol polisinin süni intellektli radarı: 3 zolaq, 100-dən çox avtomobil – VİDEO
Yol polisi istirahətdən qayıdan sürücülərə XƏBƏRDARLIQ EDİB - VİDEO
Vilayət Eyvazovun qəbuluna yazılanların DİQQƏTİNƏ!
Rayonlara səfər edən sürücülərə DYP-dən xəbərdarlıq
Yol polisindən sürücü və piyadalara ÇAĞIRIŞ
Ağdaşda maşın 62 yaşlı kişinin üzərindən keçdi - VİDEO
Polis Akademiyasının kursantlarından Zəfər Gününə həsr olunmuş fləşmob - VİDEO
Daxili Qoşunların Hərbi İnstitutunda “Zəfər tarixi” adlı elmi-nəzəri konfrans keçirildi - FOTOLAR - VİDEO
Noyabrın 9-u bu yollar BAĞLANACAQ




















