Yol polisi işçi axtarır - Müsabiqə elan edildi

Bakı şəhər Dövlət Yol Polisi İdarəsi yol patrul xidməti inspektoru vəzifələrində xidmətə qəbulla əlaqədar müsabiqə elan edib. İdarədən Avtosfer.az-a verilən məlumata görə, müsabiqədə avtomobil nəqliyyatına aid orta-ixtisas və ya ali təhsilli, kompüterlə işləmək bacarığı, sürücülük vəsiqəsi olan, habelə sürücü kimi 3 il əmək stajına malik, yaşı 20-dən aşağı, 25-dən yuxarı olmayan, boyu 180 santimetr və daha yüksək, idman cüssəli, həqiqi-hərbi xidməti tam başa vurmuş, özü və yaxın qohumu məhkum olunmayan, yalnız Bakı şəhərində yaşayış yeri üzrə qeydiyyatda olan vətəndaşlar iştirak edə bilərlər.
Həmçinin müsabiqə iştirakçılarının sağlamlıq vəziyyəti, biliyi, fiziki hazırlıq səviyyəsi, yol hərəkəti qaydaları üzrə nəzəri bilikləri və sürücülük vərdişləri müəyyən olunmuş qaydada yoxlanılacaq, xarici dil bilən və dövlət təhsil müəssisələrində ali təhsil almış namizədlərə üstünlük veriləcək.
Müsabiqədə iştirak etmək istəyən şəxslər 2017-ci ilin dekabr ayının 10-dək hər gün (istirahət günləri istisna olmaqla) saat 10:00-dan 17:00-dək BPİ-nin Dövlət Yol Polisi İdarəsinin inzibati binasında (Bakı şəhəri, Badamdar qəsəbəsi, M.Müşfiq küçəsi, kənar dairəvi yolun kəsişməsi) müraciət edərək aşağıdakı sənədləri təqdim etməlidirlər:
- Şəxsiyyət vəsiqəsi
- Təhsil haqqında sənədin əsli
- Hərbi bilet (kişilər üçün)
- əmək kitabçası (olanlar üçün)
- sürücülük vəsiqəsi
- kompyuterdə işləmək bacarığını təsdiq edən sənəd (sertifikat və s.)
Əlavə məlumat üçün əlaqə telefonları: (012) 590 21 65, (012) 590 21 66
Bir gündə 3 piyada həyatını itirdi - DYP-dən ÇAĞIRIŞ! - FOTO
Vilayət Eyvazov vətəndaş qəbulu və sıra baxışı keçirdi - 461 nəfər seçildi - VİDEO
Yol polisinin süni intellektli radarı: 3 zolaq, 100-dən çox avtomobil – VİDEO
Yol polisi istirahətdən qayıdan sürücülərə XƏBƏRDARLIQ EDİB - VİDEO
Vilayət Eyvazovun qəbuluna yazılanların DİQQƏTİNƏ!
Rayonlara səfər edən sürücülərə DYP-dən xəbərdarlıq
Yol polisindən sürücü və piyadalara ÇAĞIRIŞ
Ağdaşda maşın 62 yaşlı kişinin üzərindən keçdi - VİDEO
Polis Akademiyasının kursantlarından Zəfər Gününə həsr olunmuş fləşmob - VİDEO
Daxili Qoşunların Hərbi İnstitutunda “Zəfər tarixi” adlı elmi-nəzəri konfrans keçirildi - FOTOLAR - VİDEO
Noyabrın 9-u bu yollar BAĞLANACAQ













