Yol polisi: "Kameralar vasitəsilə hər şeyə nəzarət olunur"

Bakı Şəhər Dövlət Yol Polisi İdarəsi bəzi yollarda yol polisi əməkdaşlarının olmamasından istifadə edərək yol-hərəkət qaydalarını pozan, əlaxsus qanunsuz dönmə əməliyyatı edən sürücülərə müraciət edib. Avtosfer.az xəbər verir ki, idarənin İctimai qurumlarla əlaqə bölməsinin rəisi, polis polkovniki Vaqif Əsədov trend-ə bildirib ki, ərazidə yol polisi əməkdaşlarının olub-olmamasından asılı olmayaraq, bütün qayda pozuntuları kameralar vasitəsilə qeydə alınır: “Qanunsuz dönmələr yol qəzalarının baş verməsinə səbəb olan əsas xətalardan biridir. Qanunvericilkdə belə xətanın törədilməsinə yüksək cərimə balı və cərimənin tətbiqi nəzərdə tutulur. Avtomobil sürücülərinə və sahiblərinə bildirirəm ki, ərazidə polis əməkdaşının xidmət aparıb-aparmamasından asılı olmayaraq kameralar vasitəsilə hər şeyə nəzarət olunur. Sürücülər diqqətli olsunlar, belə kobud şəkildə yol qaydalarını pozmasınlar”.
Bir gündə 3 piyada həyatını itirdi - DYP-dən ÇAĞIRIŞ! - FOTO
Vilayət Eyvazov vətəndaş qəbulu və sıra baxışı keçirdi - 461 nəfər seçildi - VİDEO
Yol polisinin süni intellektli radarı: 3 zolaq, 100-dən çox avtomobil – VİDEO
Yol polisi istirahətdən qayıdan sürücülərə XƏBƏRDARLIQ EDİB - VİDEO
Vilayət Eyvazovun qəbuluna yazılanların DİQQƏTİNƏ!
Rayonlara səfər edən sürücülərə DYP-dən xəbərdarlıq
Yol polisindən sürücü və piyadalara ÇAĞIRIŞ
Ağdaşda maşın 62 yaşlı kişinin üzərindən keçdi - VİDEO
Polis Akademiyasının kursantlarından Zəfər Gününə həsr olunmuş fləşmob - VİDEO
Daxili Qoşunların Hərbi İnstitutunda “Zəfər tarixi” adlı elmi-nəzəri konfrans keçirildi - FOTOLAR - VİDEO
Noyabrın 9-u bu yollar BAĞLANACAQ












