Yol polisi karantin postlarında nəzarəti gücləndirir: rəhbər şəxslər də cəlb olundu - VİDEO - FOTO

Azərbaycanın bir çox bölgələrində koronavirus pandemiyası ilə əlaqədar tətbiq olunan xüsusi karantin rejimində polisin işi daha da genişlənib. Bakı şəhəri ərazisində qurulan karantin postlarında nəzarətin gücləndirilməsi və işin səmərəliliyinin yüksəldilməsi üçün Daxili İşlər Nazirliyi tərəfindən yeni bir göstəriş verilib. Göstərişə əsasən Bakı şəhər Dövlət Yol Polisi İdarəsinin rəhbər şəxsləri paytaxt ərazisində yol patrul xidmətinin təşkilinə nəzarətin həyata keçrilməsinə cəlb edilib. Bununla əlaqədar olaraq bu gün Bakı şəhər Dövlət Yol Polisi İdarəsində təlimat keçirilib.
Təlimata rəhbərlik edən Bakı şəhər Dövlət Yol Polisi İdarəsinin rəis müavini, polis polkovniki Fərhad Eyyubov bildirib ki, nəzarət tədbirlərinin gücləndirilməsində məqsəd pandemiya dövründə vətəndaşların təhlükəsizliyini təmin etməkdir. Bununla əlaqədar olaraq karantin postlarında nəzarəti həyata keçirən patrul əməkdaşlarına tapşırıqlar və tövsiyyələr verən rəis müavini bildirib ki, vətəndaşlarla son dərəcə diqqətli davranmaq və hər bir sürücü və sərnişini ayrı- ayrılıqda yoxlamaq vacib məsələdir.
Rəis müavininin sözlərinə görə koronavirus pandemiyası dünyaya elan edilməmiş müharibədir və burada hər bir vətəndaşın ciddi mübarizə aparması tələb olunur. Fərhad Eyyubov yol polisi əməkdaşlarına ara məsafəsinə riayət edilməsinin önəmli olduğunu bildirib və eyni zamanda qeyd edib ki, xidmət zamanı əlcək və tibbi maskalardan istifadə edilməsi vacibdir. "Atılan bu addımlar yoluxmanın qarşısının alınması məqsədi daşıyır və hər bir əməkdaşın buna riayət etməsinə nəzarət ediləcək."4
Daha sonra çıxış edən Yol Patrul Xidməti alayının komandiri, polis polkovnik-leytinatı Raif Süleymanov şəxsi heyətə bir sıra göstəriş və tapşırıqlar verib, postlar üzrə bölgünü həyata keçirib. Eyni zamanda Raif Süleymanov onu da bildirib ki, bundan sonra rəhbər şəxslərin nəzarəti altında karantin postlarına ciddi nəzarət olunacaq və hər bir vətəndaşın yoxlanılması, eləcə də sıxlığın qarşısının alınması üçün müəyyən addımların atılması da nəzərdə tutulur.
Elməddin Muradlı
Orxan Əli
Balakəndə avtoxuliqan sürücü saxlanıldı – 23 sutka həbs edildi - FOTO
Polislər yanan binanın sakinlərini belə xilas etdi – ANBAAN VİDEO
Yol polisi piyadaların vurulması görüntülərini yaydı - Ölümə addımlayanlar - VİDEO
Bayram günlərində avtomobillərini texniki müayinədən keçirmək istəyənlərin NƏZƏRİNƏ!
DİN və FHN tonqal qalayanlara XƏBƏRDARLIQ ETDİ - Bu qaydalara ƏMƏL EDİN! - VİDEO
Vilayət Eyvazov sıra baxışı keçirdi: 129 nəfər növbəti mərhələyə buraxıldı - FOTO - VİDEO
Yol polisi piyadalara qarşı hərəkətə keçdi - Həftə sonu 3 piyada öldü - VİDEO
Yol polisi həftəsonu səfərə çıxan sürücülərə müraciət etdi
Yol polisi uşaqların suallarını cavablandırdı; qəzalara qarşı mübarizədən danışıldı - FOTO
Yol polisindən İLK - Avtobus sürücülərinə elə görüntülər göstərildi ki... - VİDEO
Sürücülər arasında ən çox rast gəlinən 5 təhlükəli vərdiş - DYP AÇIQLADI




















