Yol polisi kəmər taxmayan xeyli sürücüyə MMX protokol yazdı - Kamran Əliyev

Yol polisi kəmər taxmayanları elektron qaydada cərimələməyə başlayıb. Artıq bir neçə gündür ki, təhlükəsizlik kəmərini taxmayan sürücülər də kameralar vasitəsilə aşkar olunaraq barələrində elektron protokol tərtib edilir. Hətta bir neçə sürücüyə protokol barədə SMS bildirişlər də göndərilib. Baş Dövlət Yol Polisi İdarəsinin şöbə rəisi, polkovnik Kamran Əliyev Avtosfer.az-a bildirib ki, artıq təhlükəsiz kəmərindən istifadə etməyən xeyli sayda sürücü cərimə olunub.
Burada əsas məqam sürücülərlə yanaşı, sərnişinlər barəsində də təhlükəsizlik kəmərindən istifadə etməməyə görə elektron protokol tərtib olunması ilə bağlıdır. Kamran Əliyev deyir ki, bu qayda sərnişinlərə tətbiq olunmayacaq.
Kamran Əliyev bildirib ki, əgər qeyd olunan xəta xüsusi texniki vasitənin köməyilə aşkar edilirsə, avtomatik şəkildə elektron protokol tərtib edilərək kağız daşıyıcıda sürücünün ünvanına göndərilir və sürücünün elektron kabinetinə yerləşdirilir.
Kamran Əliyev daha sonra bildirib ki, təhlükəsizlik kəmərindən istifadə etməyən sərnişinlərin elektron qaydada məsuliyyətə cəlb edilməsi qanunvericilikdə nəzərdə tutulmadığına görə sərnişinlər barədə elektron protokollar tərtib edilə bilməz.
Qeyd edək ki, sürücülər təhlükəsizlik kəmərini bağlamadan nəqliyyat vasitəsini idarə etməyə görə 40 manat məbləğində cərimə edilirlər.
Təbriz
Bir gündə 3 piyada həyatını itirdi - DYP-dən ÇAĞIRIŞ! - FOTO
Vilayət Eyvazov vətəndaş qəbulu və sıra baxışı keçirdi - 461 nəfər seçildi - VİDEO
Yol polisinin süni intellektli radarı: 3 zolaq, 100-dən çox avtomobil – VİDEO
Yol polisi istirahətdən qayıdan sürücülərə XƏBƏRDARLIQ EDİB - VİDEO
Vilayət Eyvazovun qəbuluna yazılanların DİQQƏTİNƏ!
Rayonlara səfər edən sürücülərə DYP-dən xəbərdarlıq
Yol polisindən sürücü və piyadalara ÇAĞIRIŞ
Ağdaşda maşın 62 yaşlı kişinin üzərindən keçdi - VİDEO
Polis Akademiyasının kursantlarından Zəfər Gününə həsr olunmuş fləşmob - VİDEO
Daxili Qoşunların Hərbi İnstitutunda “Zəfər tarixi” adlı elmi-nəzəri konfrans keçirildi - FOTOLAR - VİDEO
Noyabrın 9-u bu yollar BAĞLANACAQ












