Yol polisi kəndbəkənd təbliğat aparır - Hər kəs qaydalara əməl etməlidir - VİDEO

DİN Baş Dövlət Yol Polisi İdarəsinin rəisi, general-mayor Ramiz Zeynalovun respublika əhəmiyyətli yollarda piyadalar, mal-qara sahiblərinin, kənd təsərrüfatı texnikasının və küçə ticarətinin təhlükəsizliyinin təmini ilə bağlı verdiyi göstəriş üzrə əhali arasında keçirilən maarifləndirmə tədbirləri davam etdirilir. Növbəti tədbir BDYPİ-nin Yol-Patrul Xidməti Alayının 2-ci tağımının ərazisində - Gəndov-Yalama yolunun Ağalıq və Çarxı kəndləri ərazisindən keçən hissəsində yaşayan sakinlərlə keçirilib.
BDYP-nin YPXA-nın komandir köməkçisi Əli Ağaliyev, Şabran rayon Ağalıq kənd bələdiyyəsinin sədri Natiq Musayev, məktəb direktorları, müəllimlər, kənd sakinləri, YPX əməkdaşları və şagirdlərin iştirak etdiyi tədbirdə vacib məsələlərə toxunulub.
Əli Ağaliyev çıxışında BDYPİ-nin rəhbərliyinin yol hərəkəti təhlükəsizliyinin təmini və hərəkət iştirakçılarının yol hərəkəti qaydalarına əməl etmələrinə nəzarətin gücləndirilməsi barədə göstərişini diqqətə çatdıraraq bildirib ki, 2-ci tağımın xidməti ərazisində ağır nəticəli yol-nəqliyyavt hadisələrinin sayının artması ilə əlaqədar həmin ərazilər təkrarən müayinə olunub. Hadisələrin başvermə səbəb və şəraiti öyrənilib. DYP rəsmisi bildirib ki, hər bir hərəkət iştirakçısı yol hərəkəti qaydalarına əməl etməlidir ki, bu işdə də ictimaiyyət nümayəndələrinin köməyinə ehtiyac duyulur
YPXA-nın 2-ci tağımının komandiri, polis kapitanı Arzu Nurəliyev bildirib ki, bu cür maarifləndirici tədbirlərin keçirilməsinin məqsədi məktəbətrafı ərazilərdə təhlükəsiz yollar mühitinin yaradılmasına nail olmaqdır. Məktəblilərə diqqətli olmaq, yolu keçərkən keçidlərdən istifadə etmək tövsiyyə olunub. Görüşdə bildirilib ki, 2015-ci ilə nisbətən 2016-cı ildə piyadaların vurulması ilə nəticələnən yol nəqliyyat hadisələrinin sayı azalıb. Belə ki, ötən il 882 piyada vurulması faktı qeydə alınıb. Nəticədə 319 piyada ölüb, 643-ü isə yaralanaıb. Piyada vurulması ilə nəticələnən qəzalarda dünyaını dəyişən uşaq və yeniyetmələrin sayı isə 53-dür.
Daha sonra 2-ci tağımın əməkdaşları məktəlilərlə görüşüb maarifləndirici söhbətlər aparıblar. Qubada yol kənarında yerləşən Ağbil kənd və 7 saylı tam orta məktəblərində şagird və müəllimlərin, eləcə də valideynlərin iştirakı ilə keçirilən görüşdə yol hərəkəti qaydaları haqqında danışılıb.
Qeyd olunub ki, yol nəqliyyat hadisələrinin əsas səbəbləri piyadaldar tərəfindən yol hərəkəti qaydalarının pozulması, mal-qaranın yollarda nəzarətsiz qoyulması və müəyyən olunmamış yerlərdən ötürülməsi, yolların təhkim zolaqlarında küçə ticarətinin aparılması, kənd təsərrüfatı təyinatlı texnikaların günün qaranlıq vaxtında yollarda hərəkət etməsidir.
Müayinə nəticəsində Gəndov-Yalama yolunun 10 km-i və Rusiya sərhəd yolunun Şabran rayonu Rəhimli, Ağalıq və Xaçmaz rayon Çarxı kənd yaşayış məntəqəsindən keçən hissəsində yol kənarında səyyari ticarət təşkil olunduğundan ərazidə piyadaların qaydalara əməl etmədən yoldan istifadə edərək yol hərəkəti təhlükəsizliyinin tələblərinin pozulduğu müəyyən olunub. Yerli sakinlər də bunu təsdiq ediblər və narahatlıqlarını ifadə ediblər. DYP əməkdaşları diqqətə çatdırıb ki, baş vermiş hər bir yol-nəqliyyat hadisəsi nəticəsində insanların sağlamlığına və əmlakına ziyan dəyir, ailə üzvlərinə və yaxınlarına çox ciddi mənəvi və psixoloji təsir göstərir. Bütün bunların qarşısının alınmasında ictimaiyyət nümayəndələrinin köməyindən istifadə olunmasının vacibliyi qeyd olunub. Eyni zamanda, heyvanların nəzarətsiz buraxılması nəticəsində baş vermiş hadisələrdə heyvan sahiblərinin inzibati və mülki məsuliyyəti barədə məlumat verilib.
Yol patrul xidmətinin əməkdaşları görüş iştirakçılarını maraqlandıran sualları cavablandırıblar. Valideynlər məktəblərin önündə yol nişanlarının qoyulması ilə bağlı təkliflər verib. Maarifləndirici tədbirlər bundan sonra da davam etdiriləcək.
Elməddin
Masallıda atlara işgəncə edən şəxs cəzalandırıldı - VİDEO
Vilayət Eyvazovdan yeniyetmələrlə bağlı TƏLƏB
Azərbaycanda cinayətlərin 90 faizdən çoxu açılıb
Yol qəzalarında ölüm və xəsarətlərin sayı azaldı - Vilayət Eyvazov AÇIQLADI
Vilayət Eyvazov Kollegiya iclası keçirdi - Rəislərə tapşırıqlar verdi
Yol polisi orta məktəbdə uşaqların suallarını cavablandırdı - FOTO
Yol polisi əlverişsiz hava şəraiti ilə bağlı sürücülərə müraciət etdi
"Mümkün qədər günün işıqlı vaxtı yol çıxın” - DYP
DYP qəzaların gizli səbəblərini üzə çıxaran layihəyə start verdi - VİDEO
Bakıdakı qəzaların 63 faizdən çoxu piyadavurma hallarıdır – RƏSMİ - VİDEO
Rövşən Tağıyev sürücülərə xəbərdarlıq etdi: Sükan arxasında telefon qəzaya səbəb olur










