Yol polisi komandiri öz oğlunu sürücülük hüququndan məhrum etdi - VİDEO

DİN Baş Dövlət Yol Polisi İdarəsinin Yol Patrul Xidməti Alayının 11-ci tağımının komandiri, polis mayoru Hikmət Qafarov öz oğlunu sərt şəkildə cəzalandırıb. Avtosfer.az-ın məlumatına görə, bu barədə Cəlalibad rayonunda əhali ilə keçirilən maarifləndirici görüşdə komandir özü məlumat verib. O bildirib ki, hadisə bir neçə il əvvəl baş verib: «Mən özüm Ekoloji nəzarət üzrə yol patrul xidməti bölüyündə 2004-cü ildən 2010-cu ilədək tağım komandiri işləmişəim. O dövrdə mən özüm öz övladımı bir il müddətinə sürücülük hüququndan mərhum eləmişəm. Mənim xidməti ərazimdə hadisə törətmişdi. Oğlum hadisə törədirsə, mən başqasına qarşı tədbir görürəmsə, öz balama qarşı niyə tədbir görməməliyəm? Hadisə ilə bağlı sənədlər toplanılıb məhkəməyə təqdim edildi. Qarşı tərəfə dəyən maddi ziyan ödənildi. Mənim də xahişim nəzərə alındı və məhkəmə oğlumu bir il müddətinə sürücülük hüququndan məhrum etdi. Hərbi xidmətə gedənə yaxın vəsiqəsini ala bildi. Mənim balam xalqın balasından seçilməməlidir. Başqasının vəsiqəsi qaytırılırdısa, mənim övladımın vəsiqəsi qaytarılmadı».
Hikmət Qafarov bildirib ki, belə şeylərə pis baxmaq olmaz: «Kiminsə qohumuna, yaxınına protokol yazırıqsa onu ölümdən, təhlükədən quratırırıq. O, bir dəfə xətaya yol verirsə, cəzalanmırsa, ikinci dəfə yenə kiməsə güvənib xəta törədəcək, sonra bu hallar tez-tez baş verəcək. Və nəhayət, bunun sonu ölüm olacaq. Ya da ayağını kəsəcəklər. Övlad valideynin, valideyn də övladın gözündə dağ olacaq».
Elməddin
Bir gündə 3 piyada həyatını itirdi - DYP-dən ÇAĞIRIŞ! - FOTO
Vilayət Eyvazov vətəndaş qəbulu və sıra baxışı keçirdi - 461 nəfər seçildi - VİDEO
Yol polisinin süni intellektli radarı: 3 zolaq, 100-dən çox avtomobil – VİDEO
Yol polisi istirahətdən qayıdan sürücülərə XƏBƏRDARLIQ EDİB - VİDEO
Vilayət Eyvazovun qəbuluna yazılanların DİQQƏTİNƏ!
Rayonlara səfər edən sürücülərə DYP-dən xəbərdarlıq
Yol polisindən sürücü və piyadalara ÇAĞIRIŞ
Ağdaşda maşın 62 yaşlı kişinin üzərindən keçdi - VİDEO
Polis Akademiyasının kursantlarından Zəfər Gününə həsr olunmuş fləşmob - VİDEO
Daxili Qoşunların Hərbi İnstitutunda “Zəfər tarixi” adlı elmi-nəzəri konfrans keçirildi - FOTOLAR - VİDEO
Noyabrın 9-u bu yollar BAĞLANACAQ












