Yol polisi "Land Gruiser"i saxladı – Baqajdan saxta nömrələr çıxdı – OO 779

Azərbaycanda saxta dövlət nömrə nişanları ilə maşın sürən sürücü yol polisləri tərəfindən saxlanılıb. İlkin araşdırma zamanı onun avtomobilindən başqa nömrələr də aşkar edilib. Masallı rayon Dövlət Yol Polisi Bölməsinin rəisi, polis kapitanı İkram Məmmədov Avtosfer.az-a bildirib ki, DYP əməkdaşları – baş leytenant Milxas Təhməzov, serjantlar Elxan Xaliqzadə və Azər Rəcəbli Masallı-Yardımlı yolunda Masallı rayon sakini Əhədli Ağasəlim Nurəddin oğlunun idarə etdiyi 10 ZZ 779 dövlət nömrə nişanlı "Toyota Land-Gruiser" markalı avtomobili saxlayıblar. Bu zaman sürücünün hərəkətləri şübhə doğurub. Yol polisləri maşının yük yerinə baxış keçirən zaman iki ədəd kustar üsulla hazırlanmış 10 OO 779 nömrəsi aşkarlanıb. Yol polisləri yerindəcə araşdırıblar ki, belə bir nömrə Baş Dövlət Yol Polisi İdarəsinin Mərkəzi Məlumat Sistemində mövcud deyil.
Bundan əlavə, avtomobilin yük yerindən "Moskviç" markalı avtomobilə məxsus iki ədəd 10 HN 029 dövlət nömrə nişanı da aşkarlanıb. DYP əməkdaşları bununla bağlı Masallı rayon Polis Şöbəsinə raport veriblər. Şöbədə aparılan araşdırma zamanı məlum olub ki, bu nömrə 2015-ci ildən indiyədək "BMW-X5", "Hyundai", "Toyota Camry", "Renault" və "Toyota Land Gruiser" markalı avtomobillərin üzərində olub və DYP-nin kameraları həmin avtomobillərlə törədilmiş qayda pozuntularına görə 36 MMX protokol tərtib edib.
Bütün bunlar Baş Cinayət-Axtarış İdarəsində araşdırılıb və məlum olub ki, bu nömrələrdən hər hansı cinayət işində istifadə olunmayıb. Bununla belə, sürücü saxta və ya stantarta uyğun olmayan nömrələrdən istifadə etdiyi üçün İnzibati Xətalar Məcəlləsinin 342.7-ci maddəsinə əsasən məsuliyyətə cəlb edilib. Həmin saxta nömrələr sürücüdən müsadirə edilib. Ağasəlim Əhədliyə 36 MMX protokol üzrə cərimələr də ödətdirilib.
Elməddin
DYP-dən həftəsonu yollarda təhlükəsizliklə bağlı sürücülərə ÇAĞIRIŞ
Nərimanovda “Təmiz hava” aylığı; 8 sürücü CƏRİMƏLƏNDİ - VİDEO
Vilayət Eyvazov Şəkidə vətəndaş qəbulu keçirdi - FOTO - VİDEO
Yol polisi məktəblərdə uşaqlara qaydaları belə öyrədir - FOTOLAR
"Yollarda qəfil manevrlər ETMƏYİN!" - DYP-dən XƏBƏRDARLIQ
DYP nasaz avtomobillərlə bağlı sürücülərə müraciət etdi - VİDEO
Abşeronda ekoloji yoxlama; qayda pozan sürücülər CƏRİMƏLƏNDİ - VİDEO
Sürücülərin nəzərinə! - Bunu edənlər 800 manat CƏRİMƏLƏNƏCƏK
Siyəzəndə uşaqların yol təhlükəsizliyi ilə bağlı maarifləndirici tədbir keçirilib - FOTO - VİDEO
DYP hava şəraiti ilə bağlı hərəkət iştirakçılarına MÜRACİƏT ETDİ
Gəncədə məktəblilərlə maarifləndirici görüş keçirilib - VİDEO












