Yol polisi maşında sudurqa keçirən uşağı belə xilas etdi – REAL VİDEO

Azərbaycanda yol polisi əməkdaşı avtomobildə ağır vəziyyətdə olan uşağın həyatını xilas edib. Avtosfer.az-ın məlumatına görə, mayın 28-də Lənkəran rayonu ərazisində yol hərəkəti qaydasını pozan “Toyota Land Gruiser” markalı, 90 TZ 590 dövlət nömrə nişanlı avtomobisin sürücüsü Fikrət Tağıyev Baş Dövlət Yol Polisi İdarəsinin Yol-Patrul Xidməti Alayının 11-ci tağımının əməkdaşı, polis baş serjantı Hüseynov Mahiyəddin Mürsəl oğlu tərəfindən saxlanılıb. Lakin sürücü maşından düşən kimi avtomobildə xəstə uşaq olduğunu deyərək təcili kömək istədiyi üçün yol polisi cərimə yox, kömək edib. Belə ki, DYP əməkdaşı patrul maşını ilə həmin avtomobilin qarşısına keçərək onu müşaiyət edib və tez bir zamanda xəstəxanaya çatdırılmasına yardım göstərib.
Avtosfer.az-a açıqlamasında sürücü Fikrət Tağıyev bildirdi ki, Lənkəranda hərbi xidmətdə olan övladına baş çəkməyə gedərkən yolda azyaşlı nəvəsi sudurqa keçirib və dili qatlanıb. Nəfəs alması çətinləşən uşağa heç kim yardım edə bilməyib: “Bu zaman məni yol polisi saxladı. Avtobusu ötərkən qayda pozmuşdum. Maşından düşən kimi polisə dedim ki, nəvəm içəridədir, dili qatlanıb, xəstəxanaya çatdırmaq lazımdır. O da dərhal mənim maşınımın qarşısına keçib öz maşını ilə yolu açdı ki, biz rahat və tez çataq. Dedi, yolu təmizləyəcəm, arxamca sür. Ora çatandan sonra uşağa bir saata yaxın tibbi müayinə göstərildi, özünə gəldi. Amma yol polisi yenə də bizi tək qoymadı. Uşaq çıxandan sonra da onunla maraqlandı, sonra sürüb getdi. Allah ondan razı olsun. Çox köməyi dəydi bizə. Həyatımda ilk dəfə idi ki, belə bir hadisə ilə qarşılaşırdım. Yol polisi rəhbərliyinə də minnətdaram ki, belə gözəl, qayğıkeş əməkdaşlar var. Allah ona və ailəsinə can sağlığı versin, mənim nəvəmi həmin yol polisi həyata qaytardı”.
Baş Dövlət Yol Polisi İdarəsinin şöbə rəisi, polkovnik Kamran Əliyev Avtosfer.az-a bildirib ki, bu məsələ tam araşdırılıb və inspektorun xeyirxah iş gördüyü üzə çıxıb. Buna görə də, DYP rəhbərliyi Mahiyəddin Hüseynovu mükafatlandıracaq.
Elməddin
Bir gündə 3 piyada həyatını itirdi - DYP-dən ÇAĞIRIŞ! - FOTO
Vilayət Eyvazov vətəndaş qəbulu və sıra baxışı keçirdi - 461 nəfər seçildi - VİDEO
Yol polisinin süni intellektli radarı: 3 zolaq, 100-dən çox avtomobil – VİDEO
Yol polisi istirahətdən qayıdan sürücülərə XƏBƏRDARLIQ EDİB - VİDEO
Vilayət Eyvazovun qəbuluna yazılanların DİQQƏTİNƏ!
Rayonlara səfər edən sürücülərə DYP-dən xəbərdarlıq
Yol polisindən sürücü və piyadalara ÇAĞIRIŞ
Ağdaşda maşın 62 yaşlı kişinin üzərindən keçdi - VİDEO
Polis Akademiyasının kursantlarından Zəfər Gününə həsr olunmuş fləşmob - VİDEO
Daxili Qoşunların Hərbi İnstitutunda “Zəfər tarixi” adlı elmi-nəzəri konfrans keçirildi - FOTOLAR - VİDEO
Noyabrın 9-u bu yollar BAĞLANACAQ












