Yol polisi maşınının qəza xəbərinə - Vaqif Əsədovdan cavab

Bakıda yol polisi əməkdaşı ağır yol nəqliyyat hadisəsi törədib. Avtosfer.az bakupost.az-a istinadən xəbər verir ki, hadisə Bayılda, Bayraq meydanının yanında olub. Belə ki, Bakı şəhər Dövlət Yol Polisi İdarəsinin (BŞDYPİ) əməkdaşı, tağım komandiri, baş leytenant Əlizadə Məmmədəli idarə etdiyi 99 YP 350 dövlət nömrə nişanlı maşını meydanın yaxınlığında yol qırağındakı maneəyə çırpıb. Sürücü xəsarət alıb. Məlumata görə o, dövlət nömrə nişanı 900 olan şəxsi avtomobili müşayiət edirmiş. Məsələ ilə bağlı BŞDYPİ-nin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi Vaqif Əsədovdan açıqlama almaq istəsək də, telefon nömrələinə zəng çatmadı. Səbail rayon Dövlət Yol Polisi İdarəsindən və Polis İdarəsindən isə belə bir informasiyaya malik olmadıqlarını bildirdilər.
Məsələylə bağlı Avtosfer.az-a açıqlama verən Bakı şəhər Dövlət Yol Polisi İdarəsinin bölmə rəisi, polis polkovniki Vaqif Əsədov deyib ki, yayılan məlumat həqiqəti əks etdirmir. Onun sözlərinə görə, hazırda Bakı şəhər Dövlət Yol Polisi İdarəsinin (BŞDYPİ) əməkdaşı, tağım komandiri, baş leytenant Məmmədəli Əlizadə iş başındadır və heç bir qəza baş verməyib: "Mən bütün media orqanlarından da xahis edirəm ki, Bakı şəhər Dövlət Yol Polisi İdarəsi ilə bağlı hər hansı bir məlumatı yaymadan öncə dəqiqləşdirsinlər. Çünki həqiqəti əks etdirməyəm məlumatların yayılması qərəzdən doğur və polisin fəaliyyətinə kölgə salır".
Elmin
Bir gündə 3 piyada həyatını itirdi - DYP-dən ÇAĞIRIŞ! - FOTO
Vilayət Eyvazov vətəndaş qəbulu və sıra baxışı keçirdi - 461 nəfər seçildi - VİDEO
Yol polisinin süni intellektli radarı: 3 zolaq, 100-dən çox avtomobil – VİDEO
Yol polisi istirahətdən qayıdan sürücülərə XƏBƏRDARLIQ EDİB - VİDEO
Vilayət Eyvazovun qəbuluna yazılanların DİQQƏTİNƏ!
Rayonlara səfər edən sürücülərə DYP-dən xəbərdarlıq
Yol polisindən sürücü və piyadalara ÇAĞIRIŞ
Ağdaşda maşın 62 yaşlı kişinin üzərindən keçdi - VİDEO
Polis Akademiyasının kursantlarından Zəfər Gününə həsr olunmuş fləşmob - VİDEO
Daxili Qoşunların Hərbi İnstitutunda “Zəfər tarixi” adlı elmi-nəzəri konfrans keçirildi - FOTOLAR - VİDEO
Noyabrın 9-u bu yollar BAĞLANACAQ













