Yol polisi maşınının səsini çıxaran səs siqnalları açıq reklam olunaraq satılır - VİDEO

Sosial şəbəkələrdə yayılmış video izləyənlər tərəfindən birmənalı qarşılanmayıb. Avtosfer.az xəbər verir ki, görüntüdə siqnal satan şəxs qadağan olunmuş səs siqnallarını reklam edir. Bildirir ki, bu cihazlar açıq satışda satılır.
Həmin şəxs daha sonra qanunvericiliyə görə istifadəsi qadağan olunan səs siqnallarının fərqini izah edir. Cihazı DYP avtomobillərindəki səs siqnalıyla müqayisə edən şəxs “demək olar ki, eynidir, hətta fikrimcə, daha yüksəkdir” ifadəsini işlədir.
Qeyd edək ki, “Yol hərəkəti haqqında" Qanunda hansı nəqliyyat vasitələrinin operativ nəqliyyat vasitələri olması ilə bağlı dəqiq məlumat verilib. Bu “Yol Hərəkəti haqqında” Qanunun ümumi hissəsinin 1-ci maddəsinin 20-ci bəndində göstərilib. Həmin maddədə qeyd olunur ki, polis, yanğınsöndürən, hərbi avtomobil müfəttişliyinin funksional tapşırıqlarını yerinə yetirən avtomobillər, təcili tibbi yardım və inkassasiya və qiymətli yüklərin daşınması, ali vəzifəli şəxslərin mühafizəsi, milli operatora məxsus olan poçtun daşınmasına istifadə olunan operativ və xüsusi təyinatlı nəqliyyat vasitələridir.
Onları operativ və xüsusi nəqliyyat vasitəsi edən elə məhz onların xüsusi səs siqnalları və sayrışan işıqlarla təchiz olunması və üstündə xüsusi qrafikalı rəngli sxemlər, yazılar və tanınma nişanlarının olmasıdır. Bu qəbildən olan nəqliyyat vasitələrinin istifadə olunması ilə bağlı hüquq və vəzifələr isə “Yol hərəkəti haaqqında” Qanunun 74-cü maddəsində nəzərdə tutulub. Yuxarıda sadalanan nəqliyyat vasitələri xaricində hər hansısa avtomobildə xüsusi səs siqnalları və sayrışan işıqların istifadəsi İnzibati Xətalar Məcəlləsinin 342.9-cu maddəsinə əsasən 500 manatdan 800 manata qədər cərimənin tətbiq olunması məsuliyyət nəzərdə tutur və həmin avadanlıq müsadirə edilməsini tələb edir.
Nərmin
Yollar buz bağlayacaq - DYP-dən hava xəbərdarlığı
Salyanda “avtoş”luq edən sürücü HƏBS OLUNDU + VƏSİQƏSİ ALINDI - FOTO
Keçən il yol nəqliyyat hadisələrinin sayı azalıb – Nazirdən AÇIQLAMA
Vilayət Eyvazov kollegiya iclasında polisə ciddi tapşırıqlar verdi - "Çevik reaksiya verin" - FOTO
Abşeronda əyləci çəkib “şou” göstərən sürücü cərimələndi + vəsiqəsiz qaldı - VİDEO
Polis gücləndirilmiş rejimdə xidmətini davam etdirir - VİDEO
Bakıya qar yağır, bu yollarda hərəkət çətinləşdi - Yol polisi tədbirlər görür - FOTO - VİDEO
Əlverişsiz hava və yol şəraiti ilə bağlı DYP-dən ÇAĞIRIŞ
20 Yanvarla bağlı bu küçələrdə hərəkət məhdudlaşdırılacaq - DYP
Ağsu dolaylarında hərəkət təhlükəsizliyi təmin olunur, yollar açıqdır - FOTO - VİDEO
DİN-in şəxsi heyəti 20 Yanvar şəhidlərinin xatirəsini yad edib - FOTO - VİDEO











