Yol polisi məktəblərdə şagird və valideynlərlə görüşlər keçirdi - Təbliğat davam edir - FOTOLAR

Daxili İşlər Nazirliyinin qərarı ilə Bakı şəhər Dövlət Yol Polisi İdarəsi və 1 nömrəli Uşaq-Gənclər İnkişaf Mərkəzi yeni dərs ilinin başlanması ilə əlaqədar uşaq və yeniyetmələrin iştirakı ilə yol-nəqliyyat hadisələrinin qarşısının alınması istiqamətində profilaktik tədbirlər keçirir.
Ümumtəhsil məktəblərində təhlükəsiz davranış vərdişlərinin aşılanması məqsədilə "Diqqət uşaqlar!" adı altında hərəkətin təhlükəsizliyi ayı keçirilib. Sentyabrın 5-dən oktyabrın 5-dək keçirilən aylıq çərçivəsində Bakı Şəhər Dövlət Yol Polis İdarəsi və 1 nömrəli Uşaq Gənclər İnkişaf Mərkəzi fəaliyyət proqramına uyğun olaraq 13,14,19, 36, 39, 44, 45, 46, 47, 52, 53, 61,62, 164, 214, 258 nömrəli tam orta məktəblərdə maariflənmə xarakterli görüşlər keçirilib, broşürlər paylanılıb, eləcə də, məktəblərin girişlərində məlumatlandırıcı plakatlar asılıb.
Bu məqsədlə keçirilən görüşlərdə təhsil işçiləri, şagirdlər və valideynlərlə hərəkətin təhlükəsiz təşkili mövzusunda maarifləndirici söhbətlər aparılıb. Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin əməkdaşları və 1 nömrəli Uşaq-Gənclər İnkişaf Mərkəzi məktəblərdə fəaliyyət göstərən “Yol hərəkət qaydaları” dərnək üzvlərinin iştirakı ilə məktəblərə bitişik küçə və prospektlərdə də maarifləndirici söhbətlər aparılıb.
Fidan
Vilayət Eyvazov vətəndaş qəbulu və sıra baxışı keçirdi - 461 nəfər seçildi - VİDEO
Yol polisinin süni intellektli radarı: 3 zolaq, 100-dən çox avtomobil – VİDEO
Yol polisi istirahətdən qayıdan sürücülərə XƏBƏRDARLIQ EDİB - VİDEO
Vilayət Eyvazovun qəbuluna yazılanların DİQQƏTİNƏ!
Rayonlara səfər edən sürücülərə DYP-dən xəbərdarlıq
Yol polisindən sürücü və piyadalara ÇAĞIRIŞ
Ağdaşda maşın 62 yaşlı kişinin üzərindən keçdi - VİDEO
Polis Akademiyasının kursantlarından Zəfər Gününə həsr olunmuş fləşmob - VİDEO
Daxili Qoşunların Hərbi İnstitutunda “Zəfər tarixi” adlı elmi-nəzəri konfrans keçirildi - FOTOLAR - VİDEO
Noyabrın 9-u bu yollar BAĞLANACAQ
DİN-dən əhaliyə müraciət: Bu nömrəyə zəng edin! - FOTO






























