Yol polisi "miqalkalı 07" ilə bağlı hərəkətə keçdi - VİDEO
Yol polisi
7 Noyabr 2022 19:45
Oxunub 1718

Bu gün Avtosfer.az saytında saxta nömrə və sayrışan işıqlar quraşdıraraq toy karvanında avtoxuliqanlıq edən sürücü barədə məlumat verilmişdi.
DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupunun baş inspektoru, polis kapitanı Mahir Məsimov Avtosfer.az-a bildirib ki, “VAZ-2107” markalı avtomobilin, eləcə də daha iki nəqliyyat vasitəsinin sürücüsü toy karvanında yol hərəkəti qaydalarını pozduqları üçün elə həmin gün saxlanılaraq barələrində İnzibati Xətalar Məcəlləsinin müvafiq maddələri ilə protokol tərtib edilib. Ancaq “VAZ-2107” markalı avtomobil saxlanılan zaman onun üzərində videoda görüntülənən sayrışan işıqlar və saxta nömrə nişanı aşkarlanmayıb. Hazırda yayılan həmin videogörüntü ilə bağlı araşdırma aparılır.
Fərid
ŞƏRH YAZ
DİGƏR XƏBƏRLƏR














