Yol polisi moped və velosiped sürücülərinə jilet payladı - FOTO - VİDEO

Baş Dövlət Yol Polisi İdarəsi və Bakı şəhər Dövlət Yol Polisi İdarəsinin əməkdaşları paytaxt ərazisində moped sürücülərinə xüsusi işıqqaytarıcı jiletlər paylayıb. Avtosfer.az xəbər verir ki, aksiya Sahil metrosunun yaxınlığında həyata keçirilib. Çatdırılma xidmətini həyata keçirən sürücülərə bu jiletlər hədiyyə edilib və onlarla maarifləndirici söhbətlər aparılıb. BYDPİ-nin əməkdaşı, polis kapitanı Toğrul Nəsirli Avtosfer.az-a bildirib ki, aksiyanın məqsədi baş verə biləcək qəzaların qarşısını almaqdır. "Xüsusilə gecə saatlarında bu geyimlərdən istifadə olunması təhlükəsizliyin təmin olunmasında köməkçi rolunu oynayacaq. Son zamanlar baş verən moped və velosiped qəzaları bu cür tədbirlərin həyata keçirilməsini zəruri edir."
Tədbirdən hazırlanmış videonu təqdim edirik:
Orxan
Bu cür qayda pozuntuları ölümə aparır - DYP-dən bu sürücülərə XƏBƏRDARLIQ
Maşını texniki baxışdan keçirmək istəyənlərin nəzərinə - Şad xəbər - VİDEO
Yol polisi orta məktəblərdə uşaqların suallarını cavablandırdı - FOTOLAR
DYP maşını yol kənarlarına atıb gedən yük avtomobili sürücülərinə çağırış etdi - VİDEO
Yol polisi Sabunçuda uşaqlarla maraqlı görüş keçirdi - Patrul maşını ətrafında müzakirə - FOTOLAR
DYP dumanlı havaya görə hərəkət iştirakçılarına MÜRACİƏT ETDİ
Yolun hərəkət hissəsinə çıxmayın - DYP-dən piyadalara ÇAĞIRIŞ - VİDEO
"Avtoş"lar, sərxoşlar və digər qayda pozan sürücülər cəzalandırıldı - Nəsimidə reyd - FOTO - VİDEO
"Bu, sürücülərin əsas vəzifəsidir" - Yol polisindən xəbərdarlıq
Aeroport yolunda hərəkət məhdudlaşdırılacaq - DYP alternativ yolu açıqladı - FOTO
DYP duman faralarından düzgün istifadə etməyən sürücüləri aşkarladı - VİDEO
















