Dumanlı hava ilə bağlı sürücülərə XƏBƏRDARLIQ

Baş Dövlət Yol Polisi İdarəsi (BDYPİ) Azərbaycanın bəzi bölgələrində, o cümlədən paytaxtda hazırda müşahidə edilən dumanlı hava ilə bağlı sürücülərə müraciət edib.
Bu barədə Avtosfer.az-a BDYPİ-dən bildirilib.
Qeyd edilib ki, belə hava şəraiti yollarda görünüş məsafəsini əhəmiyyətli dərəcədə azaldır və bu da yol-nəqliyyat hadisələrinin başvermə riskini artırır.
Bu şəraitdə hərəkət iştirakçılarının diqqətli və məsuliyyətli davranması mühüm əhəmiyyət kəsb edir.
Sürücülərə hərəkətə başlamazdan əvvəl duman faralarının və işıqlandırma sistemlərinin sazlığını yoxlamaq, sürəti mövcud görünüş şəraitinə uyğun seçin, qəfil manevr və ötmələrdən çəkinmək tövsiyə olunub:
"Ara məsafəni qoruyun. Dayanma və ya qəza zamanı qəza işıqlarından və xəbərdaredici nişanlardan istifadə edin".
Piyadalara müraciətdə vurğulanıb ki, yolu yalnız müəyyən olunmuş keçidlərdən keçmək lazımdır.
"Yolun hərəkət hissəsinə qəfil çıxmayın. Nəzərə alın ki, belə şəraitdə sürücünün piyadanı görməsi çətinləşir. Baş Dövlət Yol Polisi İdarəsi diqqətə çatdırır ki, məhdud görünüş şəraitində yol hərəkəti iştirakçılarının diqqətsizliyi və məsuliyyətsiz davranışı ağır yol nəqliyyat hadisələrinin baş verməsinə səbəb ola bilər. Belə şəraitdə diqqətli və məsuliyyətli davranmaq, yol hərəkəti qaydalarına ciddi riayət etmək həyati əhəmiyyət daşıyır", - deyə məlumatda qeyd edilib.
Quba yolunda "Bentley" qəzaya düşdü: Kəmər sürücünün həyatını xilas etdi - VİDEO
Vilayət Eyvazov vətəndaş qəbulu və sıra baxışı keçirib 258 gənci işə götürdü - VİDEO
Yolu qadağan edilmiş yerdən keçmək həyatınıza təhlükə yaradır – DYP-dən ÇAĞIRIŞ - VİDEO
Yol polisi hansı sürücülərə güzəşt edə bilər? - AÇIQLAMA - VİDEO
DYP piyadalar üçün maarifləndirmə tədbiri keçirdi - VİDEO
Bölgələrdən qayıdanlara çağırış - “Tələsməyin!” - FOTO
Vətəndaş işıqforun tələbinə əməl etdiyi halda niyə cərimələnib? - Yol polisindən açıqlama - FOTO - VİDEO
Yol polisi tətildən qayıdan sürücülərə MÜRACİƏT ETDİ
Sürücülərə və piyadalara XƏBƏRDARLIQ
Bakı-Quba yolunda diqqətli olun: Yol polisi iş başındadır - VİDEO
Yol polisləri yağışda xidməti bu cür davam etdirirdi - Real görüntülər - VİDEO










