Yol polisi piyadalara qarşı reydlərə başladı - VİDEO

Dəfələrlə edilən xəbərdarlıqlara baxmayaraq, həyatlarını təhlükəyə atıb, hələ də keçiddən yox, yoldan keçən piyadalar var. Yol polisi yeraltı və yerüstü keçidlərin olduğu ərazilərdə piyadalara qarşı reyd keçirərək, onları cərimələyir. Elə bunun nəticəsidir ki, bu ilin əvvəlindən bu günə qədər 20 mindən çox piyada cərimə olunub.
Bu görüntülər paytaxtın Yasamal rayonunda metronun "20 yanvar" stansiyasının yaxınlığında piyadalara qarşı keçirilən reyddəndir. Dəfələrlə xəbərdarlıq edilməsinə baxmayaraq, ərazidə yeraltı keçid olsa da, piyadalar yoldan keçməyə üstünlük verirlər. Polis yoldan keçmək istəyənlərə dəfələrlə keçiddən keçməli olduqlarını işarə etsə də, bəzi piyadalar buna məhəl qoymurlar. Elə bunun nəticəsidir ki, paytaxt ərazisində gün ərzində qanunsuz yerdən keçən 500-ə yaxın piyada cərimələnir. Onlar "Yol hərəkəti haqqında" Qanunun 40-cı maddəsinin tələbini pozduqları üçün İnzibati Xətalar Məcəlləsinin 153-cü maddəsinin tələbinə uyğun protokol tərtib edilərək, 20 manat cərimə olunurlar.
Bakı Şəhər Dövlət Yol Polis İdarəsinin bölmə rəisi Vaqif Əsədov onu da qeyd etdi ki, təyin olunmayan yerdən keçən piyadaların avtomobillərlə vurulması ümumi hadisələrin 50 faizini təşkil edir. Yəni ilin əvvəlindən bu günə qədər baş vermiş 121 qəzandan 59-u piyada vurulması olub ki, nəticədə 11 nəfər ölüb, 52 nəfər xəsarət alıb.
Bir gündə 3 piyada həyatını itirdi - DYP-dən ÇAĞIRIŞ! - FOTO
Vilayət Eyvazov vətəndaş qəbulu və sıra baxışı keçirdi - 461 nəfər seçildi - VİDEO
Yol polisinin süni intellektli radarı: 3 zolaq, 100-dən çox avtomobil – VİDEO
Yol polisi istirahətdən qayıdan sürücülərə XƏBƏRDARLIQ EDİB - VİDEO
Vilayət Eyvazovun qəbuluna yazılanların DİQQƏTİNƏ!
Rayonlara səfər edən sürücülərə DYP-dən xəbərdarlıq
Yol polisindən sürücü və piyadalara ÇAĞIRIŞ
Ağdaşda maşın 62 yaşlı kişinin üzərindən keçdi - VİDEO
Polis Akademiyasının kursantlarından Zəfər Gününə həsr olunmuş fləşmob - VİDEO
Daxili Qoşunların Hərbi İnstitutunda “Zəfər tarixi” adlı elmi-nəzəri konfrans keçirildi - FOTOLAR - VİDEO
Noyabrın 9-u bu yollar BAĞLANACAQ












