Yol polisi piyadaların pozduğu qaydaları açıqladı

Son günlərdə baş verən piyadavurma hadisələri yol hərəkəti təhlükəsizliyi ilə bağlı narahatlıqları yenidən gündəmə gətirib.
Avtosfer.az-ın məlumatına görə, hadisələrin təhlili göstərir ki, piyadaların yol hərəkəti qaydalarına əməl etməməsi, yolu istənilən yerdən keçməsi, keçid zamanı qulaqlıqdan istifadə etməsi və diqqəti yayındıran digər məşğuliyyətlərə aludə olması faciəvi nəticələrə səbəb olur. Mütəxəssislər bildirirlər ki, ən sadə təhlükəsizlik qaydalarına laqeyd yanaşılması yollarımızda baş verən ağır qəzaların əsas səbəblərindən biridir.
Qeyd olunur ki, yol hərəkəti iştirakçıları yolun birgə istifadə məkanı olduğunu unutmamalıdır. Qaydaların hər kəs üçün keçərli olduğu bu mühitdə məsuliyyətsiz davranış həm piyadaların, həm də digər hərəkət iştirakçılarının həyatını təhlükə altına atır.
Mütəxəssislər piyadalara yolu yalnız müəyyən olunmuş keçidlərdən və diqqətli şəkildə keçməyi tövsiyə edirlər.
Vurğulanır ki, bu sadə qaydaya əməl etməyən piyadalar istər ehtiyatsızlıqdan, istərsə də bilərəkdən özlərinin və digər insanların taleyini dəyişə biləcək hadisələrə səbəb ola bilərlər.
Vilayət Eyvazov vətəndaşları qəbul edəcək - BU ŞƏHƏRDƏ - FOTO
Xəzər rayonunda ekoloji reyd; qayda pozan sürücülər 50 MANAT CƏRİMƏLƏNDİ - VİDEO
Qusarda “Təmiz hava aylığı” çərçivəsində profilaktik tədbirlər keçirilib - FOTO - VİDEO
Suraxanıda ekoloji reyd; 9 sürücü CƏRİMƏLƏNDİ - FOTOSESSİYA
Yol polisi zabitimiz Polşada çempion olub dünya rekordunu təzələdi - VİDEO
Sərxoş sürücü qırmızı işıqda yuxuya getdi; sonra polisi hədələdi - FOTO
Qaxda “Təmiz hava aylığı” çərçivəsində reydlər keçirilib – VİDEO
Yol polisi Bakıda avtomobilləri yoxladı: atmosferi çirkəndirənlər CƏRİMƏLƏNDİ - VİDEO
"Piyada keçidlərində ləngiməyin!" - DYP-dən XƏBƏRDARLIQ - VİDEO
Polis Akademiyasında yeni mərhələ; kursantlara ixtisaslaşmlış mütəxəsisslər dərs keçir - FOTOSESSİYA
Sabunçuda “Təmiz hava” aylığı; 15 sürücü CƏRİMƏLƏNDİ - VİDEO












