Yol polisi piyadalarla bağlı yerində təbliğat işinə başladı - VİDEO
Son günlər piyadaların vurulması ilə nəticələnən yol qəzaları barədə informasiyalar çoxalıb. Bu istiqamətdə təbliğat işi aparılsa da piyada məsuliyyətsizliyi məsələsi hələ də qalmaqdadır.
Bu gün Avtosfer.az saytı və Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin əməkdaşları şəhər ərazisində maarifləndirici aksiya keçirib. Belə ki, piyada keçidləri olan yerdə yolu təhlükləli şəkildə keçən vətəndaşlarla yerindəcə söhbətlər aparılıb. Onlara bu hərəkətin təhlükəsi izah edilib. Eyni zamanda, bunun inzibati məsuliyyət yaratdığı bildirilib. Aparılan müşahidələrdən belə nəticəyə gəlmək olar ki, piyadalar tərəfindən qayda pozuntuları daha çox elə piyada keçidlərinin yaxınlığında baş verir. Təəssüf ki, piyadavurma hadisələrinin bir qismi də məhz keçidlərin yaxınlığında qeydə alınır.
Bir neçə küçədə aparılan müşahidələr zamanı qayda pozan piyadalar “üzr istəyirəm”, “xəstə yanında gedirəm”, “tələsirəm” kimi bəhanələr gətirməklə öz əməllərinə haqq qazandırmağa çalışıblar.
Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin şöbə rəisi, polis polkovniki Vaqif Əsədov Avtosfer.az-a bildirib ki, “Yol hərəkəti haqqında” qanunun 40-cı maddəsi piyadaların hüquq və vəzifələri haqqındadır. “Məhz bu müddəalar pozularsa piyadalar məsuliyyətə cəlb olunur. Bu barədə informasiya verməklə məqsədimiz insanları cərimələmək deyil. Əksinə, maarifləndirmə iş aparmaq və proflaktiki tədbirləri genişləndirməkdir.”
Polkovnik bildirib ki, hər bir piyadanın yanında bir yol polisi əməkdaşının xidmət aparması mümkün deyil. “Odur ki, piyadalar özləri məsuliyyətli olmalı və hərəkətlərinə qiymət verməyi bacarmalıdırlar. Unutmayaq ki, bir neçə dəqiqə vaxt sərf edib piyada keçidindən keçməklə həyatınızı xilas etmiş olursunuz. Bir daha piyadaları nizam-intizama dəvət edirik. Sürücü-piyada münasibətlərinin tənzimlənməsində hər kəsə uğurlar arzulattyırıq.”
Vaqif Əsədov onu da əlavə edib ki, yol polisi piyada keçidlərinin yanında xidmətin təşkil edilməsini təmin edir. “Çünki yerlərdə təbliğatın aparılması müsbət nəticələr əldə etməyə imkan versin.”
Orxan Əli
DYP-dən qayda pozan avtobus sürücülərinə XƏBƏRDARLIQ
DYP-dən hava limanı yolu ilə bağlı sürücülərə MÜRACİƏT
Həftəsonu rayonlara getmək istəyənlərin NƏZƏRİNƏ! - VİDEO
Vilayət Eyvazov sıra baxışında 175 nəfəri seçdi; 14-ü Vətən müharibəsi iştirakçısıdır - FOTO - VİDEO
General-mayor Ramiz Zeynalovun yubileyidir - 75 yaşı tamam oldu
Polis valideynlərə çağırış etdi - VİDEO
Bu cür qayda pozuntuları ölümə aparır - DYP-dən bu sürücülərə XƏBƏRDARLIQ
Maşını texniki baxışdan keçirmək istəyənlərin nəzərinə - Şad xəbər - VİDEO
Yol polisi orta məktəblərdə uşaqların suallarını cavablandırdı - FOTOLAR
DYP maşını yol kənarlarına atıb gedən yük avtomobili sürücülərinə çağırış etdi - VİDEO
Yol polisi Sabunçuda uşaqlarla maraqlı görüş keçirdi - Patrul maşını ətrafında müzakirə - FOTOLAR








