Yol polisi piyadanı vurdu - Bakıda

Bakıda Yol Patrul Xidmətinin (YPX) inspektoru idarə etdiyi avtomobillə piyadanı vurub. Avtosfer.az "Report"a istinadən xəbər verir ki, hadisə Zərdabi küçəsində baş verib. Belə ki, 1986-cı il təvəllüdlü Ramin Allahverdiyev idarə etdiyi "Niva" markalı avtomobili ilə yolu keçmək istəyən 1967-ci il təvəllüdlü Nafilə Qədirlini vurub. Ağır xəsarət alan N.Qədirli Respublika Kliniki Xəstəxanasına çatdırılıb.
Hüquq mühafizə orqanlarının hadisə yerinə baxışı zamanı, müəyyən edilib ki, R.Allahverdiyev piyadanı vurmamaq üçün manevr etmək istəyib. Piyada vurulduqdan sonra "Niva" markalı avtomobil Oruc İmanıyevin idarə etdiyi "Toyota" markalı maşına çırpılıb.
Qeyd edək ki, R.Allahverdiyev Bakı Şəhər Dövlət Yol Polis İdarəsinin (BDYP) Yol Patrul Xidmətinin (YPX) inspektoru vəzifəsində çalışır.
Bir gündə 3 piyada həyatını itirdi - DYP-dən ÇAĞIRIŞ! - FOTO
Vilayət Eyvazov vətəndaş qəbulu və sıra baxışı keçirdi - 461 nəfər seçildi - VİDEO
Yol polisinin süni intellektli radarı: 3 zolaq, 100-dən çox avtomobil – VİDEO
Yol polisi istirahətdən qayıdan sürücülərə XƏBƏRDARLIQ EDİB - VİDEO
Vilayət Eyvazovun qəbuluna yazılanların DİQQƏTİNƏ!
Rayonlara səfər edən sürücülərə DYP-dən xəbərdarlıq
Yol polisindən sürücü və piyadalara ÇAĞIRIŞ
Ağdaşda maşın 62 yaşlı kişinin üzərindən keçdi - VİDEO
Polis Akademiyasının kursantlarından Zəfər Gününə həsr olunmuş fləşmob - VİDEO
Daxili Qoşunların Hərbi İnstitutunda “Zəfər tarixi” adlı elmi-nəzəri konfrans keçirildi - FOTOLAR - VİDEO
Noyabrın 9-u bu yollar BAĞLANACAQ












