Yol polisi pul alıb toy korteclərində "hoqqa verənləri" saxladı - VİDEO

Bakı şəhər sakini Məmmədağa Quliyev sosial şəbəkələrdə paylaşım edərək moto sürücülərini toy korteclərini müşayiət etmək üçün dəvət etməyi təklif edib. Avtosfer.az xəbər verir ki, motosiklet ilə kuryer xidməti göstərən şəxs video paylaşaraq yol hərəkəti qaydalarını kobud şəkildə pozub və təhlükə yaradıb. Həmçinin telefon nömrəsi yazaraq toylara pul müqabilində dəvət edilməklərini təklif edib. Dövlət Yol Polisi dərhal həmin şəxsləri aşkarlayıb və
Sabunçu rayon Polis İdarəsinin 4 saylı bölməsinin əməkdaşları tərəfindən Məmmədağa və onunla birgə olanlar saxlanılıb. Barələrində qanunauyğun olaraq tədbir görülüb.
Bakı şəhər Dövlət Yol Polisi İdarəsinin bölmə rəisi, polis polkovniki Vaqif Əsədov Avtosfer.az-a bildirib ki, bu xətanı törədən şəxslərlə proflaktiki söhbətlər aparılıb və onlara izah olunub ki, bu yolda təhlükəsizlik qaydalarına ziddir və hərəkət sürətini aşağı salır. "Bu cür yanlış təbliğat müxtəlif neqativ nəticələrə gətirib çıxara bilər. Odur ki, yol polisi olaraq bir daha hərəkət iştirakçılarına müraciət edərək bildiririk ki, bu cür yanlış təbliğata Yol verməsinlər. Yollarda diqqətli olmaq, qəzalardan qaçmağın əsas göstəricisidir. Eyni zamanda yol hərəkəti qaydalarına əməl etmək də zəruridir. "
Balakəndə avtoxuliqan sürücü saxlanıldı – 23 sutka həbs edildi - FOTO
Polislər yanan binanın sakinlərini belə xilas etdi – ANBAAN VİDEO
Yol polisi piyadaların vurulması görüntülərini yaydı - Ölümə addımlayanlar - VİDEO
Bayram günlərində avtomobillərini texniki müayinədən keçirmək istəyənlərin NƏZƏRİNƏ!
DİN və FHN tonqal qalayanlara XƏBƏRDARLIQ ETDİ - Bu qaydalara ƏMƏL EDİN! - VİDEO
Vilayət Eyvazov sıra baxışı keçirdi: 129 nəfər növbəti mərhələyə buraxıldı - FOTO - VİDEO
Yol polisi piyadalara qarşı hərəkətə keçdi - Həftə sonu 3 piyada öldü - VİDEO
Yol polisi həftəsonu səfərə çıxan sürücülərə müraciət etdi
Yol polisi uşaqların suallarını cavablandırdı; qəzalara qarşı mübarizədən danışıldı - FOTO
Yol polisindən İLK - Avtobus sürücülərinə elə görüntülər göstərildi ki... - VİDEO
Sürücülər arasında ən çox rast gəlinən 5 təhlükəli vərdiş - DYP AÇIQLADI










