Yol polisi qadın sürücülərdən danışdı

Azərbaycanın Dövlət Yol polisi qadın sürücülərə müraciət edib. Avtosfer.az 1news.az-a istinadən xəbər verir ki, bu barədə DİN Baş Yol Polisi İdarəsinin ictimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri polkovnik Kamran Əliyev bildirib. Onun sözlərinə görə, sükan arxasında olan qadınlar yol hərəkəti qaydalarını daha çox pozurlar. “Hazırda bir çox kişilər xanımlarının xahişini yerinə yetirərərək onlara avtomobil alır. Amma sükan arxasına oturan qadınların heç də hamısı avtomobil sürücülərinin üzərinə düşən məsuliyyəti tam dərk etmirlər. Qadınlar avtomobil sürməyə başlarkən çox ehtiyatla sürürlər və yol hərəkəti qaydalarına ciddi riayət edirlər. Bir qədər təcrübə topladıqdan sonra isə onlar kişilərin risk etmədiyi kobud pozuntulara yol verirlər. Bununla yanaşı bir çoxları əmindirlər ki, əgər törədilən qayda pozuntusunu 50, 100 və ya 200 manat cərimə ödəməklə yumaq olar. Amma iş ondadır ki, törədilən cinayət nəticəsində kim isə ölür və ya dünyasını dəyişirsə artıq heç bir cərimə ilə vəziyyəti düzəltmək mümkün deyil. Sükan arxasına oturan qadınlar həbsxanada oturmağa hazırdırlarmı?
Qadınlar yollarda qaydalara riayət edin və həm başqalarının, eləcə də öz uşaqlarınızın təhlükəsizliyini düşünün. Sizcə, anası adam öldürdüyü üçün həbsxanada olduğu və bu səbəbdən də anasız böyüdüklərini dərk edərək yaşayarkən onların vəziyyəti necə olacaq?
Hörmətli qadınlar, yolda düşünülməmiş hərəkət həm sizin, həm də başqa bir ailənin bədbəxtçiliyinə səbəb olacaq”, - K.Əliyev vurğulayıb.
Bir gündə 3 piyada həyatını itirdi - DYP-dən ÇAĞIRIŞ! - FOTO
Vilayət Eyvazov vətəndaş qəbulu və sıra baxışı keçirdi - 461 nəfər seçildi - VİDEO
Yol polisinin süni intellektli radarı: 3 zolaq, 100-dən çox avtomobil – VİDEO
Yol polisi istirahətdən qayıdan sürücülərə XƏBƏRDARLIQ EDİB - VİDEO
Vilayət Eyvazovun qəbuluna yazılanların DİQQƏTİNƏ!
Rayonlara səfər edən sürücülərə DYP-dən xəbərdarlıq
Yol polisindən sürücü və piyadalara ÇAĞIRIŞ
Ağdaşda maşın 62 yaşlı kişinin üzərindən keçdi - VİDEO
Polis Akademiyasının kursantlarından Zəfər Gününə həsr olunmuş fləşmob - VİDEO
Daxili Qoşunların Hərbi İnstitutunda “Zəfər tarixi” adlı elmi-nəzəri konfrans keçirildi - FOTOLAR - VİDEO
Noyabrın 9-u bu yollar BAĞLANACAQ












