Yol polisi qanlı avtomobilin sürücüsünü tapdı - VİDEO

Bu kadrlar Xaçmazda Rayonun Bakı prospektində çəkilib. Minik maşınının damında canlı heyvan daşımaq kimi qayda pozuntusu bir kənara sürücü heyvanlardan birini başı kəsilərək sallaq halda və qanı axa-axa aparıb. Avtosfer.az xəbər verir ki, kəsilmiş heyvan canını verib qurtarmayıb, qanı da şüşədən yerə tökülür. Mənzərəyə şahid olanlar və aidiyyatı qurumlar bunu pisləyiblər.
Görüntüləri izləyən ekspert Ərşad Hüseynov deyir ki, sürücü yol hərəkəti haqqında qanunun 57-ci maddəsini yəni yükdaşıma qaydalarını kobud şəkildə pozub. Çünki qanunda qeyd edilir ki, heyvanlar daşınarkən xüsusi qaydalara əməl edilməlidir. Əgər sürücü aşkar edilib cərimə olunarsa o, yük daşıma qaydasını pozmaqla yanaşı, sanitar-gigiyenik tələblərə əməl etməməsi də nəzərə alınmalıdır.
Avtomobilin dövlət nömrə nişanını araşdıran rayon Yol Polisi Bölməsindən bildirlib ki, nəqliyyat vasitəsi Xaçmaz rayonunun Sayad kənd sakini Əliyeva Pərvər Mirzəbala qızına məxsusdur. Üstəlik videoda avtomobili idarə edən başqa şəxsin buna icazə verən xüsusi etibarnaməsinin olmadığı da üzə çıxıb. Yol polisləri həmin sürücü haqqında ətraflı araşdırma aparılır.
Bir gündə 3 piyada həyatını itirdi - DYP-dən ÇAĞIRIŞ! - FOTO
Vilayət Eyvazov vətəndaş qəbulu və sıra baxışı keçirdi - 461 nəfər seçildi - VİDEO
Yol polisinin süni intellektli radarı: 3 zolaq, 100-dən çox avtomobil – VİDEO
Yol polisi istirahətdən qayıdan sürücülərə XƏBƏRDARLIQ EDİB - VİDEO
Vilayət Eyvazovun qəbuluna yazılanların DİQQƏTİNƏ!
Rayonlara səfər edən sürücülərə DYP-dən xəbərdarlıq
Yol polisindən sürücü və piyadalara ÇAĞIRIŞ
Ağdaşda maşın 62 yaşlı kişinin üzərindən keçdi - VİDEO
Polis Akademiyasının kursantlarından Zəfər Gününə həsr olunmuş fləşmob - VİDEO
Daxili Qoşunların Hərbi İnstitutunda “Zəfər tarixi” adlı elmi-nəzəri konfrans keçirildi - FOTOLAR - VİDEO
Noyabrın 9-u bu yollar BAĞLANACAQ












