Yol polisi qayda pozan sürücüləri necə başa salsın? - Afrikada kötəklə döyürlər - FOTOLAR

Artıq neçə gündür Mətbuat prospektində polis nəfərinin xaosu aradan qaldırması hələ də müzakirə mövzusudur. Polisin peşəkarlığı videodan görünür. 1 dəqiqədən az müddətdə xaos aradan qalxır.
Belə yerdə haqlı sual ortaya çıxır: bütün yol kəsişmələrində mütləq bir polis serjantı dayanmalıdır? Beynəlxalq təcrübəyə diqqət edək.
Koronavirus pandemiyası vaxtı Hindistan və Nepal polisinin davranışları barədə çox video yayılıb. Polis qadağa zamanı küçəyə çıxanları heç nə soruşmadan dəyənəkləyirdi.
Turist səfərində olduğum bir neçə Afrika ölkəsində maraqlı vəziyyətin şahidi olmuşam: əksər ölkələrdə kəsişmələrdə hərəkəti polis tənzimləyir.
Elektrik kəsilmələri çox olan ölkələrdə bu metod daha səmərəlidir.
Lakin Afrika polisinin davranışı bizimkinə bənzəmir. Polisin işarəyə əməl etməyən sürücüləri qapazlamasının dəfələrlə şahidi olmuşam (təbii ki, riskə görə bunların şəklini çəkməmişəm). Döyülənlər arasında motokuryerlər üstünlük təşkil edirlər. Səbəb də bizdəki kimi qara qitədə də onların qanuna əməl etməməsidir.
Gündüzlər vəziyyət belədir. Gecə başqa aləm olur. Hava qaraldıqdan sonra aləm bir-birinə dəyir. Nizamlayıcılar yoldan yığışdıqdan sonra kim qabağa düşdü prinsipi dövrəyə girir. İşıqlandırılmayan küçələrdə kim necə istəsə sürür, cərgə, yol ayrıcı gözləyən olmur. Yol kəsişmələrində vəziyyət ümumiyyətlə bərbad olur. Hətta, polis və jandarmeriya avtomobillərinin siqnalına da məhəl qoyulmur. Qara qitədəki nəqliyyat xaosunu ora səfər etməyən bilməz. Bakının tıxacları onlarla müqayisədə heç nədir.
Xəbərin başlığına gəlincə: mən bunu bir qədər sarkazmla yazmışam. Təbii ki, DYP heç vaxt afrikalı həmkarlarının iş rejiminə keçməyəcək. Lakin, yol hərəkəti iştirakçılarının da intizamı şərtdir. Hər gün gəlib keçdiyim Şəhidlər xiyabanı qarşısında belə bir halın şahidi oluram: iş günlərində hərəkəti polis tənzimlədiyi üçün sıxlıq olsa da, hərəkət dayanmır. Qeyri-iş günlərində polis olmadığı üçün ərazidə əməlli-başlı xaos yaranır.
İş burasındadır ki, hər hansı tıxacda yol hərəkəti iştirakçılarının ağlına gələn sual bu olur: polis niyə yoxdur?
Yoxluğun səbəbi də məlumdur: DYP-nin ştatının sayı məhduddur. Polis əməkdaşının xidməti vəzifələri ilə yanaşı, qanunla müəyyən edilmiş istirahət hüququ da var. Polis nəfəri 7 gün 24 saat küçədə olmalı deyil.
Yaxud, sürücülərin digərinə mane olmaması üçün yolayrıcına sarı tor çəkilməsi şərtdirmi? Axı bəşəriyyət yaranandan məlumdur ki, bir yolçu digərinə mane olmamalıdır!
Bunlar öz yerində məni bir sual da düşündürür: kamera və radarın olmadığı yerdə qəsdən qayda pozmaq vərdişini necə tərgitdirmək mümkündür?
Vüqar Yaşaroğlu
Yol polisi nasaz avtomobillərlə bağlı sürücülərə müraciət etdi
Yol polisimiz Rusiyada yarışa qatılıb MDB birincisi oldu - VİDEO
Özbəkistanda yol polisi “Damas”a 20 uşaq mindirən sürücünü cərimələdi
Yol polisi piyadalarla bağlı dəhşətli görüntülər yaydı - XƏBƏRDARLIQ - VİDEO
Yanvar-iyun aylarında 4 ton 318 kiloqram narkotik vasitə dövriyyədən çıxarılıb - DİN
Bu ilin 6 ayı ərzində Azərbaycanda 15.420 cinayət qeydə alınıb – RƏSMİ
Vilayət Eyvazov kollegiya iclası keçirdi - 6 ayın yekunları müzakirə olundu - FOTO
DYP-dən kənd təsərrüfatı sahəsində çalışanlara XƏBƏRDARLIQ
Təhlükə ilə üzləşən velosipedçilər yol polisindən kömək istədi - VİDEO
Vilayət Eyvazov rəislərə tapşırıqlar verdi; 227 nəfəri işə götürdü - VİDEO
Cinayət işləri ilə bağlı VACİB QƏRAR: Statistik hesabatların tərtib edilməsi təkmilləşdirilir















