Yol polisi qayda pozdu - İdarə onu cərimə edəcək - VİDEO

Sayrışan işıqlarını yandırmadan yol polisi patrul avtomobilini yolun hərəkət hissəsində saxlayıb. Bu da hərəkətə mane olmaqla yanaşı, qəza şəraiti də yaradır. Görüntülər paytaxtın Yasamal rayonu Həsən Bəy Zərdabi küçəsində şahidlər tərəfindən mobil telefonla çəkilib. Çəkiliş hündürmərtəbəli binadan çəkildiyi üçün patrul avtomobilinin dövlət nömrə nişanı görünmür. Belə aydın olur ki, həmin avtomobilin inspektoru qaydanı pozan ''Vaz-2107'' markalı avtomobilə “saxla” əmri verib. Amma yol polisi özü burda qaydanı pozaraq patrul maşınını yolun hərəkət hissəsində saxlayaraq dönüb geri qayıdan avtomobillərə maneə yaradır.
Yol hərəkəti üzrə ekspert Ərşad Hüseynovun sözlərinə görə, yol polisi bu vəziyyətdə "Yol hərəkəti haqqında" qanunun 52-ci maddəsinin tələbini, yəni, "Dayanma və durma'' qaydalarını pozub. Ekspertin sözlərinə görə, yol polisi nəqliyyatın hərəkətinə mane olmamalıdır. Amma həqiqətən də zərurət yaranarsa yol polisi, bütün təhlükəsizlik tədbirləri görərək avtomobili yolun hərəkət hissəsində saxlaya bilər. Hətta bununla bağlı “Yol hərəkəti haqqında” qanunda da müddia var.
Bakı şəhər Dövlət Yol Polis İdarəsinin bölmə rəisi Vaqif Əsədov sözügedən məsələ ilə bağlı idarədə həmin patrul avtomobilinin və avtomobildə xidmətdə olan yol polislərinin araşdırıldığını dedi. ''Biz həmin yol polislərini müəyyən etdikdən sonra onları cərimələyəcəyik'' deyə bölmə rəisi bildirdi.
Qeyd edək ki, bu qayda pozuntusuna görə qanunvericilikdə 20 manat cərimə nəzərdə tutulub.
DYP-dən həftəsonu yollarda təhlükəsizliklə bağlı sürücülərə ÇAĞIRIŞ
Nərimanovda “Təmiz hava” aylığı; 8 sürücü CƏRİMƏLƏNDİ - VİDEO
Vilayət Eyvazov Şəkidə vətəndaş qəbulu keçirdi - FOTO - VİDEO
Yol polisi məktəblərdə uşaqlara qaydaları belə öyrədir - FOTOLAR
"Yollarda qəfil manevrlər ETMƏYİN!" - DYP-dən XƏBƏRDARLIQ
DYP nasaz avtomobillərlə bağlı sürücülərə müraciət etdi - VİDEO
Abşeronda ekoloji yoxlama; qayda pozan sürücülər CƏRİMƏLƏNDİ - VİDEO
Sürücülərin nəzərinə! - Bunu edənlər 800 manat CƏRİMƏLƏNƏCƏK
Siyəzəndə uşaqların yol təhlükəsizliyi ilə bağlı maarifləndirici tədbir keçirilib - FOTO - VİDEO
DYP hava şəraiti ilə bağlı hərəkət iştirakçılarına MÜRACİƏT ETDİ
Gəncədə məktəblilərlə maarifləndirici görüş keçirilib - VİDEO












