Yol polisi qəzalara qarşı təbliğata başladı - DİN məlumat yaydı

Respublikanın daxili işlər naziri, general-polkovnik Ramil Usubovun göstərişi ilə Baş Dövlət Yol Polisi İdarəsinin əməkdaşları tərəfindən ölkənin magistral yollarına yaxın ərazilərdə yaşayan vətəndaşlarla görüşlər keçirilir. Avtosfer.az xəbər verir ki, insan tələfatı ilə nəticələnə biləcək ağır yol qəzalarının qarşısının alınması məqsədilə keçirilən tədbirlərdə BDYPİ əməkdaşları hərəkət iştirakçıları, xüsusilə piyadalarla, mal-qara ötürənlərlə, kənd təsərrüfatı texnikalarından istifadə edənlərlə və yol kənarlarında ticarətlə məşğul olanlarla izahedici söhbətlər aparıblar.
Təhlükəsizliyin təmin edilməsi ilə bağlı əhali arasında təbliğat və təşviqat, maarifləndirmə xarakteri daşıyan belə tədbirlər artıq respublikanın Gəncə, Şəki, Balakən, İsmayıllı, Qəbələ, Salyan şəhər və rayonlarında keçirilib. Görüşlərdə baş vermis yol nəqliyyat hadisələrinin geniş və hərtərəfli təhlilinin aparıldığı, hadisələrin baş vermə səbəbləri və onların aradan qaldırılması yollarının müzakirə edildiyi, baş verə biləcək hadisələrin qarşısının alınması üçün profilaktiki tədbirlərin görülməsinin vacibliyi qeyd olunub.
Bildirilib ki, yol nəqliyyat hadisələrinin qarşısının alınması üçün hər kəs məsuliyyətini dərk etməli, piyadalar yalnız müəyyən edilmiş yerlərdən istifadə etməli, həm özlərinin, həm də digər hərəkət iştirakçılarının həyat və sağlamlığının qorunmasına məsuliyyətlə yanaşmalı, vətəndaşlar ailədə, məktəbdə, iş yerlərində bununla bağlı fərdi söhbətlər aparmalıdırlar. Mal-qaranın nəzarətsiz olaraq yola çıxmasına görə birbaşa onların sahiblərinin məsuliyyət daşıdığı izah edilib, yol kənarlarında hər hansı ticarətlə məşğul olmaqla həm sağlamlıqlarını, həm də satdıqları əmlakı təhlükə altına qoymaları bir daha onların diqqətinə çatdırılıb. Görüşlərdə vətəndaşları maraqlandıran suallar cavablandırılıb, həmçinin çıxış edən sakinlərin təklifləri BDYPİ rəhbərliyinə də təqdim edilib.
İctimaiyyət nümayəndələri görüşlərin təşkil olunmasına görə DİN rəhbərliyinə minnətdarlıq ediblər.
Qeyd edək ki, belə görüşlər respublikanın digər bölgələrində də keçirilir.
Elmin
DYP-dən həftəsonu yollarda təhlükəsizliklə bağlı sürücülərə ÇAĞIRIŞ
Nərimanovda “Təmiz hava” aylığı; 8 sürücü CƏRİMƏLƏNDİ - VİDEO
Vilayət Eyvazov Şəkidə vətəndaş qəbulu keçirdi - FOTO - VİDEO
Yol polisi məktəblərdə uşaqlara qaydaları belə öyrədir - FOTOLAR
"Yollarda qəfil manevrlər ETMƏYİN!" - DYP-dən XƏBƏRDARLIQ
DYP nasaz avtomobillərlə bağlı sürücülərə müraciət etdi - VİDEO
Abşeronda ekoloji yoxlama; qayda pozan sürücülər CƏRİMƏLƏNDİ - VİDEO
Sürücülərin nəzərinə! - Bunu edənlər 800 manat CƏRİMƏLƏNƏCƏK
Siyəzəndə uşaqların yol təhlükəsizliyi ilə bağlı maarifləndirici tədbir keçirilib - FOTO - VİDEO
DYP hava şəraiti ilə bağlı hərəkət iştirakçılarına MÜRACİƏT ETDİ
Gəncədə məktəblilərlə maarifləndirici görüş keçirilib - VİDEO












