Yol polisi quldurları yaxaladı - RƏSMİ - FOTOLAR

Daxili İşlər Nazirliyi quldurluq etmiş şəxslərin tutulması ilə bağlı məlumat yayıb. Avtosfer.az nazirliyin saytına istinadən xəbər verir ki, Baş Dövlət Yol Polisi İdarəsi və Goranboy RPŞ əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində noyabrın 15-də rayon sakini Rəhman Qəhrəmanovun evindən 1600 manat pul və 3300 manat dəyərində qızıl əşyaları quldurluq yolu ilə aparmaqda şübhəli bilinən qrupun digər üzvləri - Bakı şəhər sakinləri Rauf Abbasov və İlqar Xeyrişli tutulublar.
Bildirilib ki, Bakı şəhər sakinləri - 1995-ci il təvəllüdlü Sadiq Bağırov, 1996-cı il təvəllüdlü İlqar Xeyrişli və 1994-cü il təvəllüdlü Rauf Abbasov rayonun Azad kənd sakini Rəhman Qəhrəmanovun evinə girərək onu ölümcül döyüblər, mənzildən 1600 manat və 3300 manat dəyərində qızıl-zinət əşyaları götürüblər. Hadisədən sonra Bakıya qayıdan şəxslər yaxalanıblar. İstintaq zamanı dəstə üzvü Rauf Abbasovun Bakıda yerləşən obyektlərdən birindən 13 kompüter dəsti oğurladığı da müəyyənləşib. Goranboya ilk dəfə gələn dəstə üzvləri Rəhman Qəhrəmanovun evində 10 min manat pul olması barədə məlumatı zərərçəkənin Emin adlı yaxın qohumunun verdiyini açıqlayıblar. Döyülən şəxs isə paytaxtdakı xəstəxanalardan birində müalicə olunur, vəziyyəti ağırdır.
Araşdırma davam etdirilir.
Elmin
Bir gündə 3 piyada həyatını itirdi - DYP-dən ÇAĞIRIŞ! - FOTO
Vilayət Eyvazov vətəndaş qəbulu və sıra baxışı keçirdi - 461 nəfər seçildi - VİDEO
Yol polisinin süni intellektli radarı: 3 zolaq, 100-dən çox avtomobil – VİDEO
Yol polisi istirahətdən qayıdan sürücülərə XƏBƏRDARLIQ EDİB - VİDEO
Vilayət Eyvazovun qəbuluna yazılanların DİQQƏTİNƏ!
Rayonlara səfər edən sürücülərə DYP-dən xəbərdarlıq
Yol polisindən sürücü və piyadalara ÇAĞIRIŞ
Ağdaşda maşın 62 yaşlı kişinin üzərindən keçdi - VİDEO
Polis Akademiyasının kursantlarından Zəfər Gününə həsr olunmuş fləşmob - VİDEO
Daxili Qoşunların Hərbi İnstitutunda “Zəfər tarixi” adlı elmi-nəzəri konfrans keçirildi - FOTOLAR - VİDEO
Noyabrın 9-u bu yollar BAĞLANACAQ
















