Yol polisi radara düşən jurnalistə belə cavab verdi - FOTOLAR

Bakıda jurnalistin idarə etdiyi avtomobillə sürət həddi saatda 80 kilometr olan yolda 75-lə hərəkət etdiyi üçün cərimə olunması barədə xəbərə Bakı şəhər Dövlət Yol Polisi İdarəsi cavab verib. Jurnalist Zülfüqar Xeyirxəbər iddia edir ki, iyulun 31-də səhər saat 11:24-də sürət həddi saatda 80 km olan zolaqda 75 km saat sürətlə hərəkət etdiyimə görə 10 AZN cərimə olunub. ''Fotoda burnu görünən ağ maşın yol polisidir. Arxadan çəkib. Sol zolaqla hərkət edən isə mənəm. Başa düşə bilmirəm, bu nə özbaşınalıqdı axı!? Qanunlara qarşı niyə belə hörmətsizlik edirlər? İş-gücümüzü atıb bunlarlamı uğraşmalıyıq?».
Avtosfer.az bildirir ki, həmin yolda tablolalara qədər olan hərəkət sürəti saatda 60 km-dir. Yəni, jurnalistin sürət həddini aşması realdır. Çünki qayda pozuntusu tabloya çatamış qeydə alınıb.
Bakı şəhər DYPİ-dən də Avtosfer.az-a bildirdilər ki, həmin zolaqda hərəkət sürəti 60 km/saatdır: «Jurnalistin yazdıqları ilə bağlı apardığımız araşdırma zamanı foto və video görüntülərə baxış keçirildi. Məlum oldu ki, vəziyyət heç də onun dediyi deyil. Həqiqətən də tabloda 80 km/saat sürət yazılıb. Lakin həmin tabloya qədər olan sürət həddi 60-dır. Sürücü də tabloya çatmamış radara düşüb. Onun sürət həddini aşmasını Yol-Patrul Xidməti avtomobilindəki İ-patrul sistemi qeydə alıb».
DYP-dən onu da bildirdilər ki, jurnalist ehtiyac duyarasa idarəyə gəlib foto və videomaterialla tanış ola bilər.
Elməddin
Bir gündə 3 piyada həyatını itirdi - DYP-dən ÇAĞIRIŞ! - FOTO
Vilayət Eyvazov vətəndaş qəbulu və sıra baxışı keçirdi - 461 nəfər seçildi - VİDEO
Yol polisinin süni intellektli radarı: 3 zolaq, 100-dən çox avtomobil – VİDEO
Yol polisi istirahətdən qayıdan sürücülərə XƏBƏRDARLIQ EDİB - VİDEO
Vilayət Eyvazovun qəbuluna yazılanların DİQQƏTİNƏ!
Rayonlara səfər edən sürücülərə DYP-dən xəbərdarlıq
Yol polisindən sürücü və piyadalara ÇAĞIRIŞ
Ağdaşda maşın 62 yaşlı kişinin üzərindən keçdi - VİDEO
Polis Akademiyasının kursantlarından Zəfər Gününə həsr olunmuş fləşmob - VİDEO
Daxili Qoşunların Hərbi İnstitutunda “Zəfər tarixi” adlı elmi-nəzəri konfrans keçirildi - FOTOLAR - VİDEO
Noyabrın 9-u bu yollar BAĞLANACAQ
















