Yol polisi rəisi nöqsanlardan danışıb tapşırıqlar verdi

Bakı şəhər Baş Polis İdarəsinin Dövlət Yol Polisi İdarəsində ötən ilin yekunlarına həsr olunmuş iclas keçirilib. Avtosfer.az-ın məlumatına görə, iclasda Bakı şəhər DYPİ-nin şöbə və bölmə rəisləri, komandir heyəti və paytaxtın rayon DYP şöbələrinin rəisləri də iştirak edib.
Toplantıda çıxış edən Bakı şəhər DYPİ-nin rəisi, polis polkovniki Nüşrəvan Səfərov ötən il ərzində görülən işlərdən danışıb. Bildirilib ki, il ərzində yol hərəkəti qaydalarını pozan sürücü və piyadaların sayı artıb. Yol qəzalarının sayında isə azalma müşahidə olunub. Bu da qəzalar nəticəsində ölüm və yaralı faktlarının azalmasına gətirib çıxarıb. Qeyd olunub ki, yol qəzalarının 58 faizini piyadavurmalar təşkil edir. Bu istiqamətdə zəruri tədbirlərin görülməsi vacib hesab edilib.
İdarə rəisi yol polisi əməkdaşlarının nizam-intizam qaydalarından danışıraq bildirib ki, daxil olan müraciətlər arasında bu tipli şikayətlər də olur. Araşdırmalar nəticəsində təsdiqini tapan müraciətlərin nəticəsi olaraq DYP əməkdaşları arasında onlarla inspektor cəzalandırılıb, hətta işdən çıxarılanlar da var.
Nüşrəvan Səfərov DYP əməkdaşlarını nizam-intizama ciddi yanaşmağa, vətəndaşlarla ünsiyyətdə polisin etiik davranış qaydalarına əməl etməyə çağırıb və bununla bağlı tapşırıq və tövsiyyəlini verib.
İclasda nöqsanlardan və çatışmazlıqlardan da danışılıb. Qeyd olunub ki, belə hallar yol polisinin nüfuzuna xələl gətirir. Buna görə də, əməkdaşlar xidmət zamanı son dərəcə diqqətli, təmkinli olmalı, qanunvericiliyin tələbinə uyğun hərəkət etməlidir.
Toplantı zamanı bəzi intizamsız sürücülərin yol polisi əməkdaşlarına qarşı kobud davranışından da danışılıb və bu cür hərəkətlər pislənilib. Eyni zamanda, belə sürücülərə qarşı sərt mübarizənin aparılması ilə bağlı tapşırıqlar verilib.
İclasda çıxış edən rəis müavini, YPX Alayının komandiri, polkovnik Rəşadət Babayev də nöqsanlardan danışaraq onların həlli yollarını göstərib. Bildirib ki, nöqsanlarla yanaşı uğurlar da çoxdur. Belə ki, il ərzində avtoxuliqan və sərxoş sürücülərə qarşı aparılan məqsədyönlü mübarizə müsbət nəticə verib və belə halların sayı azalıb.
İclasda yol hərəkəti qaydaları ilə bağlı cəmiyyətdə təbliğat işinin əhəmiyyətindən danışılıb və bu istiqamətdə görülən işlər qənaətbəxh hesab edilib.
Elməddin
DYP-dən həftəsonu yollarda təhlükəsizliklə bağlı sürücülərə ÇAĞIRIŞ
Nərimanovda “Təmiz hava” aylığı; 8 sürücü CƏRİMƏLƏNDİ - VİDEO
Vilayət Eyvazov Şəkidə vətəndaş qəbulu keçirdi - FOTO - VİDEO
Yol polisi məktəblərdə uşaqlara qaydaları belə öyrədir - FOTOLAR
"Yollarda qəfil manevrlər ETMƏYİN!" - DYP-dən XƏBƏRDARLIQ
DYP nasaz avtomobillərlə bağlı sürücülərə müraciət etdi - VİDEO
Abşeronda ekoloji yoxlama; qayda pozan sürücülər CƏRİMƏLƏNDİ - VİDEO
Sürücülərin nəzərinə! - Bunu edənlər 800 manat CƏRİMƏLƏNƏCƏK
Siyəzəndə uşaqların yol təhlükəsizliyi ilə bağlı maarifləndirici tədbir keçirilib - FOTO - VİDEO
DYP hava şəraiti ilə bağlı hərəkət iştirakçılarına MÜRACİƏT ETDİ
Gəncədə məktəblilərlə maarifləndirici görüş keçirilib - VİDEO












