Yol polisi reyd keçirdi: 20 sürücü cəzalandırıldı

Astara Rayon Polis Şöbəsinin (RPŞ) Dövlət Yol Polisi Bölməsi (DYPB) yol-hərəkəti qaydalarını pozan, texniki baxışdan keçməyən, avtomobili sənədsiz idarə edən sürücülərə qarşı reyd keçirilib. Avtosfer.az apa-ya istinadən xəbər verir ki, reyd avtomobillərin intensiv hərəkət etdiyi şəhərin Heydər Əliyev prospektində reallaşıb. Reyd zamanı bəzi sürücülərin hələ də yol-hərəkəti qaydalarına düzgün riayət etmədikləri aşkar olunub. Belə ki, qaydaları pozan 50-dən artıq sürücü saxlanılıb. Onlardan 20-si barəsində inzibati qaydada protokollar tərtib edilib. Reyd zamanı saxlanılan avtomobillərin texniki baxışdan keçməməsi, sürücülük vəsiqəsi olmadan avtonəqliyyat vasitəsinin idarə olunması, təhlükəsizlik kəmərindən istifadə edilməməsi, işıqforun qırmızı işığını gözləmədən hərəkət etmə faktları da qeydə alınıb. Sürücülük vəsiqəsi olmadan avtomaşını idarə edən nəqliyyat vasitələri saxlanılaraq RPŞ-nin cərimə meydançasına aparılıb.
Bir gündə 3 piyada həyatını itirdi - DYP-dən ÇAĞIRIŞ! - FOTO
Vilayət Eyvazov vətəndaş qəbulu və sıra baxışı keçirdi - 461 nəfər seçildi - VİDEO
Yol polisinin süni intellektli radarı: 3 zolaq, 100-dən çox avtomobil – VİDEO
Yol polisi istirahətdən qayıdan sürücülərə XƏBƏRDARLIQ EDİB - VİDEO
Vilayət Eyvazovun qəbuluna yazılanların DİQQƏTİNƏ!
Rayonlara səfər edən sürücülərə DYP-dən xəbərdarlıq
Yol polisindən sürücü və piyadalara ÇAĞIRIŞ
Ağdaşda maşın 62 yaşlı kişinin üzərindən keçdi - VİDEO
Polis Akademiyasının kursantlarından Zəfər Gününə həsr olunmuş fləşmob - VİDEO
Daxili Qoşunların Hərbi İnstitutunda “Zəfər tarixi” adlı elmi-nəzəri konfrans keçirildi - FOTOLAR - VİDEO
Noyabrın 9-u bu yollar BAĞLANACAQ



















