Yol polisi reyd keçirdi: Cəriməni ödəməyənlərə qarşı- FOTO

Mingəçevir şəhər Polis Şöbəsinin Dövlət Yol Polisi Bölməsi 3 aydan artıq ödənilməyən cərimələrlə bağlı reyd keçirib. Avtosfer.az-ın APA-ya istinadən xəbərinə görə, reyd zamanı avtomobillərə əlavə avadanlıq quraşdıran, texniki baxışdan keçməyən nəqliyyat vasitələri, təhlükəsizlik kəmərindən istifadə etməyən sürücülər, sürücülük vəsiqəsi olmadan avtomaşını idarə edilməsi faktları aşkarlanıb. Şəhərdə 8 saylı marşurut xətti üzrə hərəkət edən nəqliyyat vasitəsinin sürücülərinə ciddi xəbərdarlıq edilib və köhnə və sərnişindaşıma üçün yararsız hesab edilən avtobuslar xətdən kənarlaşdırılıb. Mingəçevir ŞPŞ Dövlət Yol Polisi Bölməsinin rəisi, polis polkovnik-leytenantı Bəlyər Bəşirli bildirib ki, reyd zamanı 3 aydan artıq ödənilməyən cərimələrlə bağlı nəqliyyat vasitələri yoxlanılıb və 5 min manata yaxın cərimənin ödənilməsi təmin edilib. Eyni zamanda sərnişin daşımada buraxılan səhvlərə qarşı, nəqliyyat vasitələrinin sürücülərinin sərnişin daşıma qaydalarını pozmaları ilə bağlı reyd keçirilib. Həmin məsuliyyətsiz sürücülərə qarşı protokollar tərtib olunub, istismara yararsız vəziyyətdə olan 3 köhnə marşurut avtobusu xəttdən çıxarılaraq cərimə meydançasına aparılıb. Sürücülük hüququ olmayan, təhlükəsizlik kəmərindən istifadə etməyən 6 sürücüyə barədə inzibati protokollar tərtib olunub. Bölmə rəisi bu kimi reydlərin davam etdiriləcəyini və yol hərəkəti qaydalarına əməl etməyən məsuliyyətsiz sürücülərə qarşı sərt qaydalar tətbiq olunacağını bildirib.
DYP-dən həftəsonu yollarda təhlükəsizliklə bağlı sürücülərə ÇAĞIRIŞ
Nərimanovda “Təmiz hava” aylığı; 8 sürücü CƏRİMƏLƏNDİ - VİDEO
Vilayət Eyvazov Şəkidə vətəndaş qəbulu keçirdi - FOTO - VİDEO
Yol polisi məktəblərdə uşaqlara qaydaları belə öyrədir - FOTOLAR
"Yollarda qəfil manevrlər ETMƏYİN!" - DYP-dən XƏBƏRDARLIQ
DYP nasaz avtomobillərlə bağlı sürücülərə müraciət etdi - VİDEO
Abşeronda ekoloji yoxlama; qayda pozan sürücülər CƏRİMƏLƏNDİ - VİDEO
Sürücülərin nəzərinə! - Bunu edənlər 800 manat CƏRİMƏLƏNƏCƏK
Siyəzəndə uşaqların yol təhlükəsizliyi ilə bağlı maarifləndirici tədbir keçirilib - FOTO - VİDEO
DYP hava şəraiti ilə bağlı hərəkət iştirakçılarına MÜRACİƏT ETDİ
Gəncədə məktəblilərlə maarifləndirici görüş keçirilib - VİDEO














