Yol polisi rüşvət alarkən yaxalandı - Pulu cibindən belə çıxardılar - VİDEO

Yol polisi postda saxladığı vətəndaşdan rüşvət alarkən digər bir vətəndaş hadisəni görür və kameraya çəkir. Daha sonra isə rüşvət alan yol polisindən cibinə qoyduğu pulu çıxarmağı tələb edir. Lakin polis əlini cibindən çıxartmır. Vətəndaşların təkidli tələbindən sonra isə polis rüşvət almadığını bildirərək kameralardan qaçır.
Lakin bir müddət sonra digər əməkdaş onu hadisə yerindən “uzaqlaşdırmaq” üçün qoluna girir. Elə bu vaxt rüşvət alan polis əməkdaşı əlinin içərisində əzdiyi pulu yerə tullayır. Bu isə kameralara saniyə-saniyə qeyd edilir. Daha sonra isə vətəndaşlar postda dayanan digər polislərə etirazını bildirərək onlardan bu cür neqativ hallara yol verməməyi və gördükləri vaxt müdaxilə etmələrini tələb edir.
Polisin vətəndaşları qorumalı və qaydaları pozanlara protokol tərtib etməli olduğu halda rüşvət almasını mənfi hal kimi qiymətləndirən vətəndaş bu haqda yuxarı instansiyalara şikayət edəcəyini də əlavə edib.
Avtosfer.az Ukraynada baş vermiş bu hadisənin görüntülərini təqdim edir:
Orxan
Bir gündə 3 piyada həyatını itirdi - DYP-dən ÇAĞIRIŞ! - FOTO
Vilayət Eyvazov vətəndaş qəbulu və sıra baxışı keçirdi - 461 nəfər seçildi - VİDEO
Yol polisinin süni intellektli radarı: 3 zolaq, 100-dən çox avtomobil – VİDEO
Yol polisi istirahətdən qayıdan sürücülərə XƏBƏRDARLIQ EDİB - VİDEO
Vilayət Eyvazovun qəbuluna yazılanların DİQQƏTİNƏ!
Rayonlara səfər edən sürücülərə DYP-dən xəbərdarlıq
Yol polisindən sürücü və piyadalara ÇAĞIRIŞ
Ağdaşda maşın 62 yaşlı kişinin üzərindən keçdi - VİDEO
Polis Akademiyasının kursantlarından Zəfər Gününə həsr olunmuş fləşmob - VİDEO
Daxili Qoşunların Hərbi İnstitutunda “Zəfər tarixi” adlı elmi-nəzəri konfrans keçirildi - FOTOLAR - VİDEO
Noyabrın 9-u bu yollar BAĞLANACAQ












