Yol polisi Şəbnəm Tovuzlunu cəzalandıracaq - Araşdırmalar başladı

Şəbnəm Tovuzlu ötən gün keçirdiyi yol-nəqliyyat hadisəsi ilə bağlı “İnstaqram” səhifəsində video paylaşıb. Müğənni həmin videoda bildirib ki, baş verən hadisədən yol polisinin xəbəri olmayıb. Tərəflər bu məsələni öz aralarında həll edib: “Bəli, mən qəza keçirdim, əzildim. Çox pis şok yaşadım. Yol polisinin bunu qeydə almağa fürsəti olmadı, heç ehtiyac da olmadı. Biz toqquşduğumuz insanla öz aramızda razılığa gəldik. Həkimə çatmağım lazım idi, qeydiyyata alınmağı lazım deyildi, yol polisi də hadisəni bilmədi”.
Baş verən hadisəylə bağlı metbuat.az-a münasibət bildirən Bakı Şəhər Baş Dövlət Yol Polis İdarəsinin ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Vaqif Əsədov bildirib ki, məsələ araşdırılacaq, fakt təsdiqini taparsa, xəta törədən məsuliyyətə cəlb edilə bilər: “Məsələdən polisin xəbəri oldu. Polisə baş verən hadisə ilə bağlı məlumat verilmədiyi üçün inzibati xəta tərkibi yaradır. Çox güman ki, aidiyyatı üzrə araşdırmanın aparılması prosesinə də başlanılacaq. Ümumiyyətlə, sürücülər baş verən qəzaları öz aralarında həll etsələr də, qanun deyir ki, yol-nəqliyyat hadisəsi baş veribsə, polisə mütləq məlumat verilməlidir. Xəsarətin dərəcəsindən asılı olaraq, polis bunu araşdırır və protokol tərtib edir. Söhbət maddi zərərdən gedirsə, bu, qanunla səndləşdirilməli, müvafiq arayış verilməlidir ki, əzilmiş avtomobil həmin arayış hesabına təmir olunsun. Tərəflər arasında şikayətin olub-olmamsından, dəyən ziyanın maksimum-minimumundan asılı olmayaraq, yol-qəza hadisəsi mütləq polisdə qeydiyyatdan keşməlidir. Yəni, polisin məlumatın olmalıdır. Deyilməyirsə, bu, inzibati xəta tərkibi yaradır”.
Bir gündə 3 piyada həyatını itirdi - DYP-dən ÇAĞIRIŞ! - FOTO
Vilayət Eyvazov vətəndaş qəbulu və sıra baxışı keçirdi - 461 nəfər seçildi - VİDEO
Yol polisinin süni intellektli radarı: 3 zolaq, 100-dən çox avtomobil – VİDEO
Yol polisi istirahətdən qayıdan sürücülərə XƏBƏRDARLIQ EDİB - VİDEO
Vilayət Eyvazovun qəbuluna yazılanların DİQQƏTİNƏ!
Rayonlara səfər edən sürücülərə DYP-dən xəbərdarlıq
Yol polisindən sürücü və piyadalara ÇAĞIRIŞ
Ağdaşda maşın 62 yaşlı kişinin üzərindən keçdi - VİDEO
Polis Akademiyasının kursantlarından Zəfər Gününə həsr olunmuş fləşmob - VİDEO
Daxili Qoşunların Hərbi İnstitutunda “Zəfər tarixi” adlı elmi-nəzəri konfrans keçirildi - FOTOLAR - VİDEO
Noyabrın 9-u bu yollar BAĞLANACAQ












