Yol polisi qara görə səhərə qədər bu yolda növbə çəkdi - VİDEO

Yol polisi 15 Yanvar 2022 15:35 Oxunub 940
Yol polisi qara görə səhərə qədər bu yolda növbə çəkdi  - VİDEO
WhatsApp kanalımıza abunə ola bilərsiniz

Dünəndən etibarən yağan qar Bakı-Şamaxı yolunda vəziyyəti çətinləşdirib. Avtosfer.az xəbər verir ki,  Baş Dövlət Yol Polisi İdarəsinin Yol Patrul Xidməti Alayının 3-cü tağımının əməkdaşları yolda yaranmış təhlükəyə müdaxilə edib. Səhər saatlarına qədər ərazidə xidmət aparan YPX əməkdaşları sürücülərə kömək edib. Amma bir neçə maddi zərərlə nəticələnən qəza da baş verib.

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin əməkdaşları yalnız səhər saatlarında gələrək yolu təmizləyiblər. 
Amma bütün gecəni tağım komandiri, polis mayoru Ülfət Şükürov başda olmaqla bütün şəxsi heyət xidmət aparıb. Ərazidən çəkilmiş görüntüləri təqdim edirik:

Orxan 

ŞƏRH YAZ
Ad

E-mail

Şərh