Yol polisi sərxoş sürücünü saxlayıb 6 uşağın həyatını xilas etdi - VİDEO

Azərbaycanın rayonlarından birində yol polisinin keçirdiyi reyd zamanı maraqlı hadisə baş verib. Avtosfer.az-ın məlumatına görə, bununla bağlı videomaterial sosial şəbəkələrdə yayılıb. 99 BN 475 dövlət nömrə nişanlı avtomobili idarə edən və özünü Hacıyev Aydın Telman oğlu kimi təqdim edən sürücü reyd zamanı sərxoş halda yaxalanıb. Saxlanılan zaman ayaq üstə güclə dayanan sürücünün idarə etdiyi avtomobildə 6 azyaşlı uşaq olub. Sürücünün dediyinə görə, uşaqların altısı da onun övladlarıdır.
Polisə müqavimət göstərərək əvvəlcə sərxoş olmadığını deyən sürücü sonradan əməlini etiraf etməklə yanaşı, özünə haqq qazandırmağı da bacarıb. O bildirib ki, keçmiş polis əməkdaşıdır. Bütün bunlara baxmayaraq, yol polisləri həmin sürücünü tibbi müayinəyə, uşaqları isə sağ-salamat evə aparıblar.
Qeyd edək ki, sürücü sərnişindaşıma qaydalarını da pozur. Belə ki, o, avtomobilin ön oturacağında iki, arxada isə 4-ünü təhlükəsizlik qaydalarına riayət etmədən aparır.
Avtosfer.az bildirir ki, görüntülərin nə vaxt çəkildiyi dəqiq məlum deyil. Lakin sərxoş sürücülərin ibrət götürəcəyini düşünərək həmin videonu təqdim edirik. Qoy, belə məsuliyyətsiz insanlar özlərindən əlavə, başqalarının da həyatını təhlükəyə atmasınlar. Əgər yol polisi bu sürücünü saxlamasaydı daha ağır nəticə ola bilərdi…
Elmin
Bir gündə 3 piyada həyatını itirdi - DYP-dən ÇAĞIRIŞ! - FOTO
Vilayət Eyvazov vətəndaş qəbulu və sıra baxışı keçirdi - 461 nəfər seçildi - VİDEO
Yol polisinin süni intellektli radarı: 3 zolaq, 100-dən çox avtomobil – VİDEO
Yol polisi istirahətdən qayıdan sürücülərə XƏBƏRDARLIQ EDİB - VİDEO
Vilayət Eyvazovun qəbuluna yazılanların DİQQƏTİNƏ!
Rayonlara səfər edən sürücülərə DYP-dən xəbərdarlıq
Yol polisindən sürücü və piyadalara ÇAĞIRIŞ
Ağdaşda maşın 62 yaşlı kişinin üzərindən keçdi - VİDEO
Polis Akademiyasının kursantlarından Zəfər Gününə həsr olunmuş fləşmob - VİDEO
Daxili Qoşunların Hərbi İnstitutunda “Zəfər tarixi” adlı elmi-nəzəri konfrans keçirildi - FOTOLAR - VİDEO
Noyabrın 9-u bu yollar BAĞLANACAQ













