Yol polisi şimal rayonlarında reyd keçirdi - VİDEOLAR

Daxili İşlər Nazirliyinin Ekologiya və Təbii Sərvətlər Nazirliyi ilə birlikdə həyata keçirdiyi “Təmiz hava” aylığı davam edir. Avtosfer.az xəbər verir ki, tədbirlərin davamı olaraq yol polisi zəhərləri qazların miqdarı normadan artıq olan avtomobilləri aşkar etmək üçün respublika miqyasında reydlər keçirir. Belə reydlər ölkənin şimal rayonlarında da keçirilib. Zaqatala, Qax, Balakən, Oğuz və Şəki rayonlarında keçirilən reydlər zamanı 100-dən artıq sürücüyə cərimə yazılıb. Həmin rayonların Dövlət Yol Polisi bölmələri və Baş Dövlət Yol Polisi İdarəsinin (BDYPİ) Yol-Patrul Xidməti Alayının əməkdaşlarının keçirdiyi reydlərdə məqsəd qayda pozan sürücüləri aşkar etməkdir. Reydlər zamanı ekologiyaya zərər vuran avtomobillərin hərəkətdən uzaqlaşdırılmasıdır.
Reydlərdə digər yol hərəkəti qaydalarını pozan, avtomobilin konstruksiyasına dəyişikliklər edən, təhlükəsizlik kəmərindən istifadə etməyən, sürücülük vəsiqəsi olmadan maşını idarə edən, avtomobilin üzərində olan cərimələri ödəməyən sürücülər təyin olunaraq məsuliyyətə cəlb edilib. Spirtli içkinin təsiri altında sükan arxasına keçənlər də çoxluq təşkil edib.
Belə reydlərin davamlı olaraq keçirilməsi nəzərdə tutulur.
Həmin reydlərdən görüntüləri təqdim edirik:
Elməddin
Bir gündə 3 piyada həyatını itirdi - DYP-dən ÇAĞIRIŞ! - FOTO
Vilayət Eyvazov vətəndaş qəbulu və sıra baxışı keçirdi - 461 nəfər seçildi - VİDEO
Yol polisinin süni intellektli radarı: 3 zolaq, 100-dən çox avtomobil – VİDEO
Yol polisi istirahətdən qayıdan sürücülərə XƏBƏRDARLIQ EDİB - VİDEO
Vilayət Eyvazovun qəbuluna yazılanların DİQQƏTİNƏ!
Rayonlara səfər edən sürücülərə DYP-dən xəbərdarlıq
Yol polisindən sürücü və piyadalara ÇAĞIRIŞ
Ağdaşda maşın 62 yaşlı kişinin üzərindən keçdi - VİDEO
Polis Akademiyasının kursantlarından Zəfər Gününə həsr olunmuş fləşmob - VİDEO
Daxili Qoşunların Hərbi İnstitutunda “Zəfər tarixi” adlı elmi-nəzəri konfrans keçirildi - FOTOLAR - VİDEO
Noyabrın 9-u bu yollar BAĞLANACAQ












