Yol polisi sükan arxasında telefonla oynayan sürücülərin görüntülərini yaydı - VİDEO

"Sükan arxasında mobil telefondan istifadə ən təhlükəli vərdişlərdən biridir. Bu, sadəcə qayda pozuntusu deyil, məsuliyyətsizlik və həm özünün, həm də digər hərəkət iştirakçılarının həyatını təhlükəyə atmaq deməkdir".
Avtosfer.az xəbər verir ki, bu barədə Baş Dövlət Yol Polisi İdarəsi məlumat yayıb.
"Mobil telefondan istifadə zamanı yaranan əsas təhlükələr:
Diqqətin yayınması: Telefona baxan sürücü yolda baş verənləri vaxtında görə bilmir, piyadaları və digər nəqliyyat vasitələrini nəzərdən qaçırır.
Reaksiyanın gecikməsi: Telefonla məşğul olan sürücünün reaksiyası 2–3 dəfə ləngiyir, bu isə qəfil əyləc və manevr imkanlarını azaldır.
Nəzarətin itməsi: Telefona diqqət yönəldən sürücü hərəkət zolağından çıxır, təhlükəli manevrlər edir və məsafəni düzgün dəyərləndirə bilmir.
Hörmətli sürücülər!
Unutmayın, heç bir zəng və ya mesaj insan həyatından daha önəmli ola bilməz. Sükan arxasında məsuliyyətli davranış təkcə sizi deyil, yolda olan hər bir şəxsi təhlükədən qoruyur", - deyə məlumatda qeyd olunub.
Yol polisi Sabunçuda uşaqlarla maraqlı görüş keçirdi - Patrul maşını ətrafında müzakirə - FOTOLAR
DYP dumanlı havaya görə hərəkət iştirakçılarına MÜRACİƏT ETDİ
Yolun hərəkət hissəsinə çıxmayın - DYP-dən piyadalara ÇAĞIRIŞ - VİDEO
"Avtoş"lar, sərxoşlar və digər qayda pozan sürücülər cəzalandırıldı - Nəsimidə reyd - FOTO - VİDEO
"Bu, sürücülərin əsas vəzifəsidir" - Yol polisindən xəbərdarlıq
Aeroport yolunda hərəkət məhdudlaşdırılacaq - DYP alternativ yolu açıqladı - FOTO
DYP duman faralarından düzgün istifadə etməyən sürücüləri aşkarladı - VİDEO
Yol polisi qayda pozub yolu kəsən sürücüləri ifşa etdi - ANBAAN VİDEO
Yol polisi Sabunçuda məktəblilər arasında təbliğatı gücləndirdi - FOTOLAR
İçki içib sükan arxasında yatdı – Polis oyadıb cərimələdi - VİDEO
Son günlər trend olan bu əməllər qanun pozuntusudur? - DYP-dən açıqlama - VİDEO











