Yol polisi sürücülərə müraciət etdi - Cərimə ediləcəksiniz

“Sürücülər dayanma, durma və parklanma qaydalarına düzgün riayət etsinlər”. Bunu Metbuat.az-a açıqlaması zamanı Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polkovnik Vaqif Əsədov bildirib. Onun sözlərinə görə, taksi faəliyyəti ilə məşğul olanlar yolun hərəkət hissəsində dayanmaqla digər sürücülərə mane olurlar: “Yolun hərəkət hissəsində qəza-duracaq işıqlarını yandıraraq avtomobilin park edilməsi yolun daralması və həmin ərazidə olan avtomobillərin hərəkətinə mane yaratmaqdır. Bu, “Yol hərəkəti haqqında” qanunun pozulmasıdır. Dayanma, durma və parklanma məsələsi bu gün paytaxtımızda ən prioritet məsələlərdən biridir. Dayanma və durma qaydalarını pozan sürücülərlə bağlı polis əməkdaşları gündəlik 800 protokol tərtib edir. Ötən illərdə bu rəqəm 1000-1500 idisə, indi nisbətən azalıb. Bu sahədə yol polisləri tərəfindən tədbirlərin keçirilməsindən asılı olmayaraq, sürücülər buna adət etməlidir. Sürücülərin dayanma və durma tələblərinə düzgün əməl etməsi ən azından mədəniyyət səviyyəsinin yüksəlməsi deməkdir”.
Qeyd edək ki, dayanma, durma və parklanma qaydalarını pozmağa görə cərimə 20 manatdır.
Bir gündə 3 piyada həyatını itirdi - DYP-dən ÇAĞIRIŞ! - FOTO
Vilayət Eyvazov vətəndaş qəbulu və sıra baxışı keçirdi - 461 nəfər seçildi - VİDEO
Yol polisinin süni intellektli radarı: 3 zolaq, 100-dən çox avtomobil – VİDEO
Yol polisi istirahətdən qayıdan sürücülərə XƏBƏRDARLIQ EDİB - VİDEO
Vilayət Eyvazovun qəbuluna yazılanların DİQQƏTİNƏ!
Rayonlara səfər edən sürücülərə DYP-dən xəbərdarlıq
Yol polisindən sürücü və piyadalara ÇAĞIRIŞ
Ağdaşda maşın 62 yaşlı kişinin üzərindən keçdi - VİDEO
Polis Akademiyasının kursantlarından Zəfər Gününə həsr olunmuş fləşmob - VİDEO
Daxili Qoşunların Hərbi İnstitutunda “Zəfər tarixi” adlı elmi-nəzəri konfrans keçirildi - FOTOLAR - VİDEO
Noyabrın 9-u bu yollar BAĞLANACAQ












