“Yol polisi texniki baxış zamanı demir ki, cərrahi əməliyyatlar üçün ləvazimatlar olmalıdır...”

"Avtomobilllərə texniki baxış zamanı sürücülərdən tələb edilən dərman qutusunda olan preparatların isti aylarda xarab olması ilə bağlı heç bir laboratoriya rəyi yoxdur. Əgər doğrudan da, laboratoriya dərmanların isti aylarda keyfiyyətinin itdiyini təsdiq edərsə, tələblərdə dəyişiklik edilə bilər. İndiki halda isə texniki baxışı keçirən yol polisinin günahı nədir?! Sürücülər qanunda yazılanları təmin etməlidirlər. Sonra deməsinlər ki, “məni texniki baxış zamanı incidirlər””. Bunu Pravda.az-a açıqlamasında nəqliyyat məsələləri üzrə ekspert Elməddin Muradlı deyib.

O bildirib ki, dərman qutusu ilə bağlı məsələyə yenidən baxmaq mümkündür: "Bir müddət əvvəl avtomobillərdə dərman qutusunun olması ilə əlaqədar Səhiyyə Nazirliyinin təklifləri ilə Nazirlər Kabineti qərarlara dəyişiklik etdi. Əvvəl 42 adda dərman preparatının olması tələb edilirdisə, sonradan dərman sayı 25-30-a endirildi. Bura əsasən ağrıkəsici və qanaxmanı dayandırmaq üçün müxtəlif dərman vasitələri aiddir. Məsələn juqut, pambıq, bint. Yəni, bunlar istidən nə ərimir, nə də xarab olmur. Bəzi sürücülər, doğrudur ki, narazılıq edir, etiraz edirlər ki, bütün bunlar yararsızdır. Onu da qeyd edim ki, həmin dərman vasitələrinin qiyməti ümumilikdə heç 20 manat tutmur. Qayda belədir. Mən də razıyam ki, bununla bağlı yeni mexanizm yaradılmalıdır. Bu, sovet dövrünün standartının müəyyən qədər fərqli formada təkrarıdır. Bu mexanizmi yeniləmək lazımdır.
Araşdırmaq lazımdır ki, həmin dərman preparatları, doğrudan da, indiki iqlim şəraitində öz keyfiyyətini itirir, yoxsa yox? Bunu yalnız laboratoriya müəyyənləşdirə bilər, sürücü yüz söz desə də əsas yoxdur. Yəni laboratoriya həmin dərmanların istidə xarab olması ilə bağlı heç bir rəy verməyib. Mən də razıyam ki, dəyişikliklər olsun, amma yol polisinin burada heç bir günahı yoxdur. O, qanundan kənar nəsə tələb etmir. Yol polisi qanunda yazılanı tələb edir. Demir ki, cərrahi əməliyyatlar üçün ləvazimatlar olmalıdır, sadəcə, Nazirlər Kabinetinin müvafiq siyahısına əsasən dərman vasitələrini texniki baxış zamanı tələb edirlər. Biz də avtomobillərimizi texniki baxışdan keçiririk, dərman vasitələrini də alıb avtomobilə yerləşdiririk. Ona görə də yol polisi heç bir səhv aşkar etmir. Bəzi sürücülər sadəcə olaraq, səhlənkarlıq edir, məsuliyyətdən yayınmaq üçün bəhanələr gətirirlər".
Bir gündə 3 piyada həyatını itirdi - DYP-dən ÇAĞIRIŞ! - FOTO
Vilayət Eyvazov vətəndaş qəbulu və sıra baxışı keçirdi - 461 nəfər seçildi - VİDEO
Yol polisinin süni intellektli radarı: 3 zolaq, 100-dən çox avtomobil – VİDEO
Yol polisi istirahətdən qayıdan sürücülərə XƏBƏRDARLIQ EDİB - VİDEO
Vilayət Eyvazovun qəbuluna yazılanların DİQQƏTİNƏ!
Rayonlara səfər edən sürücülərə DYP-dən xəbərdarlıq
Yol polisindən sürücü və piyadalara ÇAĞIRIŞ
Ağdaşda maşın 62 yaşlı kişinin üzərindən keçdi - VİDEO
Polis Akademiyasının kursantlarından Zəfər Gününə həsr olunmuş fləşmob - VİDEO
Daxili Qoşunların Hərbi İnstitutunda “Zəfər tarixi” adlı elmi-nəzəri konfrans keçirildi - FOTOLAR - VİDEO
Noyabrın 9-u bu yollar BAĞLANACAQ












