Yol polisi tibbi yardıma ehtiyacı olan xanımı evinə çatdırdı - VİDEO - FOTO

Sosial şəbəkədə müəllim Elçin Əfəndiyev tərəfindən yol polisinin nümunəvi xidmətini əks etdirən görüntülər yayılıb. Avtosfer.az xəbər verir ki, paylaşımda yol polisinin tibbi yardıma ehtiyacı olan xanıma necə yardım etdiyi əksini tapıb.
Elçin Əfəndiyev öz paylaşımında bunları yazıb:
- Bir qədər əvvəl gördüyüm hadisə çox təqdirəlayiq olduğu üçün paylaşmaya bilməzdim. Avtomobilimi Şərifzadə küçəsində yenicə saxlamışdım ki, gördüm bir DYP avtomobili və bir mülki avtomobil qarşımda saxladı. İlk təsəvvürüm o oldu ki, yəqin sürücü qayda pozub və ona görə DYP əməkdaşı qovaraq burada saxladı. Bu an mülki avtomobildən bir nəfər gənc xanım düşdü. O demək olar ki, yeriyə bilmirdi. DYP əməkdaşı xanıma kömək edərək yaxınlıqdakı binaya daxil olmasına yardım etdi. O gələnədək mülki avtomobilin sürücüsündən nə baş verdiyini soruşdum. Deyir xanımın anidən halı dəyişdi. Böyrəyindən sancı tutdu. Dedi evə çatdırın məni dərmanlarım var, təcili içməliyəm. Yol tıxac olduğu üçün çarəsiz idim. Bir qədər irəlidə DYP əməkdaşını görüb yaxınlaşdım və vəziyyəti izah etdim. İlk qərar xəstəxanaya aparmaq oldu, amma xanım israr etdi ki, evə çatdırın məni. O da bizə yardım üçün yolu aça-aça gətirdi.
Az sonra polis gəldi, adını soruşdum demədi, təşəkkür edib şəklini çəkdim.
Hər bir sahə üzrə pis də var yaxşı da. Pisi paylaşdığımız kimi gərək yaxşıları da paylaşaq, təbliğ edək, bəlkə pislər üçün də örnək olar.
Yollar buz bağlayacaq - DYP-dən hava xəbərdarlığı
Salyanda “avtoş”luq edən sürücü HƏBS OLUNDU + VƏSİQƏSİ ALINDI - FOTO
Keçən il yol nəqliyyat hadisələrinin sayı azalıb – Nazirdən AÇIQLAMA
Vilayət Eyvazov kollegiya iclasında polisə ciddi tapşırıqlar verdi - "Çevik reaksiya verin" - FOTO
Abşeronda əyləci çəkib “şou” göstərən sürücü cərimələndi + vəsiqəsiz qaldı - VİDEO
Polis gücləndirilmiş rejimdə xidmətini davam etdirir - VİDEO
Bakıya qar yağır, bu yollarda hərəkət çətinləşdi - Yol polisi tədbirlər görür - FOTO - VİDEO
Əlverişsiz hava və yol şəraiti ilə bağlı DYP-dən ÇAĞIRIŞ
20 Yanvarla bağlı bu küçələrdə hərəkət məhdudlaşdırılacaq - DYP
Ağsu dolaylarında hərəkət təhlükəsizliyi təmin olunur, yollar açıqdır - FOTO - VİDEO
DİN-in şəxsi heyəti 20 Yanvar şəhidlərinin xatirəsini yad edib - FOTO - VİDEO











